Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:40 Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO | 19:35 "Qələbə" dairəsində yenilik - VİDEO | 19:26 Gürcüstandan maşın gətirmək üçün əlavə 300 manat verəcəksiniz | 19:21 Günəşdə güclü partlayış oldu | 19:13 Könül Xasıyeva “pub”da səhnəyə çıxdı - VİDEO | 19:06 Bakının sıxlıq olan yolları - SİYAHI | 18:55 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib | 18:54 Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün! | 18:32 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi | 18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi |
Mojo.az Avto
Mojo.az Avto

"Qələbə" dairəsində yenilik - VİDEO

18.11.2026 19:35 0
Paytaxtın Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun “20 Yanvar” stansiyası istiqamətindən “Qələbə” dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.

Nəticədə piyada keçidinin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd “L” və “A” tipli olmaqla piyada və nəqliyyat bölməli svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.


Son xəbərlər