Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib
Rusiyanın Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan və göyərtəsində guya partlayıcı qurğu yerləşdirildiyi barədə siqnal daxil olan təyyarəsi təyinat məntəqəsinə eniş edib.
Bu barədə TASS-a mənbə bildirib.
"Təyyarə Antalyada eniş edib", - deyə məlumatda qeyd olunub.
Daha əvvəl "HavaSosyalMedya" yerləşdirilmiş partlayıcı qurğu barədə siqnal haqqında məlumat vermişdi.
* * * * *
Rusiyanın Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsindən bomba təhlükəsi barədə siqnal daxil olub.
Bu barədə mülki aviasiya xəbərləri üzrə ixtisaslaşan "HavaSosyalMedya" portalı məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 18-də Türkiyənin hava məkanında baş verib. "Azimut" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" tipli təyyarədən bomba təhlükəsi barədə siqnal daxil olduqdan sonra müvafiq xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bildirilir ki, təyyarə Antalya hava limanına endikdən sonra təhlükəsiz əraziyə aparılacaq. Orada təhlükəsizlik əməkdaşları tərəfindən lazımi yoxlamalar həyata keçiriləcək.
Yoxlamaların nəticələri barədə hələlik əlavə məlumat verilməyib.
//baku.ws