Mojo.az Banner
23:03 Şağanda otluq sahədəki yanğın söndürüldü  |     22:58 Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO  |     22:52 14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı  |     22:47 Yunanıstan Azərbaycandan neft idxalını artırdı  |     22:39 Dələduzluq edən altı nəfər saxlanıldı  |     22:33 Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO  |     22:28 Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu  |     22:21 Bakıda marketdən 5 min manatlıq oğurluq edilib  |     22:16 DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu (VİDEO)  |     22:10 Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO  |     22:02 Sabirabadda 54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı  |     21:54 "Qarabağ" yeni formalarını təqdim etdi - VİDEO  |     21:49 Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan çənəsindən bıçaqlandı  |     21:41 Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı  |     21:35 Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi  |     21:30 "Sabah" TNS-lə görüşdə hesabı açdı - CANLI  |     21:19 “Seltik” “Qarabağ”la razılığa gəldi  |     21:12 Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi  |     21:07 Pensiya alanlara şad xəbər  |     20:59 Rusiyada 14 il əvvəl törədilmiş cinayətlər üzrə ibtidai istintaq tamamlandı  |    
Left Banner
Right Banner

Azərbaycanda "Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar" təsdiqlənib

11.03.2025 19:07 561
Azərbaycanda
Nazirlər Kabineti "Sazişlərin Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarlar"nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, meyarlar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları müəyyən edir. Meyarlarda istifadə olunan anlayışlar məcəllədə və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Qərara əsasən, istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər aşağıdakı meyarlardan ən azı üçünə cavab verdikdə məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq istisna edilir:

- saziş nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və sazişin olmadığı vəziyyətlə müqayisədə ən azı bir il ərzində müvafiq bazarda məhsul istehsalının 30 faiz artması;

- saziş nəticəsində sazişin bağlanıldığı müvafiq bazara aid olmayan yeni bir məhsulun istehsalının mümkün olması;

- saziş nəticəsində müvafiq bazarda məhsul başına düşən xərclərin 3-6 ay ərzində 15% və daha çox azalması;

- saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində ən azı 1 il ərzində investisiyaların əvvəlki il ilə müqayisədə 20% artması;

- saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində əhəmiyyətli nou-haunun yaranması;

- texniki imkanların məhdud olması səbəbi ilə bir təsərrüfat subyektinin yalnız saziş iştirakçısı olmaqla müvafiq bazarda fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya istifadəsini həyata keçirməsinin mümkün olması;

- müvafiq bazarın məhsul sərhədində fəaliyyət göstərməklə əlaqədar olaraq dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığının qorunması, ictimai asayiş və sosial öhdəliklərin prioritet olması nəticəsində məhsulun saziş olmadan istehsalının və ya istifadəsinin həmin prioritetlərə zərər vurma ehtimalının olması;

- məhsulun istehsalı və ya istifadəsi ilə əlaqədar olaraq xüsusi keyfiyyət və lisenziya meyarlarının müəyyən edilməsi nəticəsində onun saziş olmadan istehsalının və ya istifadəsinin qeyri-effektiv nəticələrə səbəb olması.скачать dle 11.3
Mojo.az Banner