Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR

11.03.2025 18:16 1 257
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımov ifadə verərək sözügedən mənimsəmədə bilavasitə istirakı olan şəxslərin adlarını açıqlayıb.

"Müdafiə Nazirlinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov bu iş üzrə başda durur. Yeddi milyon mənimsədiyi ekspertiza ilə müəyyən olunsa da, o, azadlıqdadır. Bununla yanaşı, N.Poladov hələ də həbs olunmayıb. Onlar bura gəlməlidirlər. Bu vəsatətimiz birinci instansiyada da təmin edilmədi. Mənim imzam heç yerdə getməyib. Lakin mən 37 aydır həbsdəyəm. 102 hərbi hissənin ekspert rəyi bir həftəyə hazırlanıb verilib. Mənə mənimsəmə ilə bağlı irəli sürülən məbləğ tamamilə şişirdilib."

O, ifadəsi zaman bunları da deyib: "Mənim xidmətim 18 yaşımdan başlayır. Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Vətənimə bağlıyam. Bu cinayət işi üzrə biz sadəcə qurban verilmişik. Aparılan təftiş Nizami Məmmədovun vəzifəyə gəldiyi vaxtdan aparılıb, əvvəlki vaxtlar da yoxlanılmalı idi. Mən məhkəmədən adını çəkdiyim şəxslərin prosesə çağırılmasını xahiş edirəm".

Təqsirləndirilənin vəsatəti bu dəfə də təmin edilməyib.

Təqsirləndirilən Vüsal Əlizadə aşağı instansiya məhkəməsi zamanı vəsatətlərinin təmin edildiyini, işin araşdırılmadığını bildirib:

"Bakı Hərbi Məhkəməsində işimiz düzgün araşdırılmadı. Biz üç il bir aydır 3-4 kv/m-lik yerdə qalırıq. Mən apellyasiya şikayətimi müdafiə edirəm. 62-ci maddənin tətbiq edilməsini xahiş edirəm".

Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat təşkil edir.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulub və əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner