Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

MN-də 143 milyonluq mənimsəmə: "Sənəti Vətəni talamaq deyil, qorumaq üçün seçmişdim"

27.05.2025 15:38 723
MN-də 143 milyonluq mənimsəmə:
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili vəsatət verərək birinci instansiyanın, yəni Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu bildirib. Vəkilin vəsatətinə münasibət bildirən Cəlal Kazımov bildirib ki, onun işi ilə bağlı birinci instansiya düzgün qərar çıxarmayıb.

"Mən əsgərəm. Mənə nə əmr edilibsə, onu da etmişəm. Buna baxmayaraq, istintaq məni təqsirləndirilən olaraq elan edib, amma o pulu həqiqətən mənimsəyənlər - bu işin başında olan Rafael Xələfov, 4 milyon 526 min mənimsəyən N.Poladov, R.İbrahimov və S.Abbasov ittihamdan kənarda qalıblar. Mən demirəm ki, etməmişəm. Mən deyirəm ki, vəsait almamışam və heç bir sənəddə imzam yoxdur. Mən sənəti seçəndə Vətəni qorumaq üçün seçmişdim, Vətəni talamaq üçün yox".

Məhkəmə təqdim edilən vəsatəti iclas protokollarına əlavə edib.

Digər təqsirləndirilən Vüsal Əlizadə büdcə ilə bağlı ekspertiza rəyini Ədliyyə Nəzirliyinin ekspertizasına göndərilərək yenidən yoxlanılması ilə bağlı vəsatət verib. Bu vəsatət də həmçinin təmin olunmayıb.

Növbəti iclas iyunun 12-nə təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulub və əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner