Mojo.az Banner
21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

26.08.2024 17:54 1 002
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov və müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə müdafiə etdikləri şəxslərin adına sübutların qiymətləndirmə cədvəlində müvafiq olaraq 2 milyon 521 min və 18 milyon 674 min manat mənimsənilmiş pul yazıldığını, lakin həmin məbləğin hansı qaydada çıxarıldığının məlum olmadığını bildiriblər.

Daha sonra təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları elan edilib.

Məlum olub ki, həmin əmlakların bir qismi hələ cinayət işi açılmamışdan əvvəl satılıb, Həmçinin bir qismi də müttəhimlərin digər ailə üzvlərinin yaşadığı evlər, eləcə də yaxınlarına məxsus pay torpaqlarıdır.

C.Kazımovun vəkili Əli Adıgözəlov vəsatət verərək bildirib ki, 2022-ci ildə Hərbi Havva Qüvvələrinin sabiq komandanı Ramiz Tahirov müvəkkili barədə istintaqa mənfi xasiyyətnamə verib. Daha sonra o, Müdafiə Nazirliyinə müraciət edərək C.Kazımovla bağlı müsbət xasiyyətnamə ala bilib. Vəkil həmin xasiyyətnamənin işə əlavə olunmasını xahiş edib.

"Sabiq komandan Ramiz Tahirovla Cəlal Kazımovun münasibətləri pis olub. O şəxsi münasibətləri işə qatdığı üçün müvəkkilim 2020-ci ildən bu yana müharibə veteranı adını ala bilməyib", - deyə Ə.Adıgözəlov bildirib.

Məhkəmənin növbəti prosesi avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner