Mojo.az Banner
21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək

10.03.2025 22:41 963
Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək
Filippində prezidentliyi dövründə həyata keçirdiyi "narkotiklə mübarizə" əməliyyatları zamanı insanlığa qarşı cinayətlər törətdiyi iddia edilən və Beynəlxalq Polis Təşkilatı (İnterpol) tərəfindən qırmızı bülletenlə axtarılan keçmiş dövlət başçısı Rodriqo Dutertenin tutulması üçün 7 mindən çox polisin səfərbər ediləcəyi bildirilib.

Qaynarinfo xəbər verir ki, "Manila Times" qəzetinin məlumatına görə, adının açıqlanmasını istəməyən yüksək rütbəli Filippin Milli Polisi (PNP) rəsmisi İnterpol-un qırmızı bülletenlə axtardığı Duterteni Honq-Konqdan qayıdarkən həbs etmək üçün ən azı 7 min polisin cəlb ediləcəyini bildirib.

Təhlükəsizlik qüvvələrinin Duterteni yaxalamaq üçün paytaxt Maniladakı Ninoy Aquino hava limanı başda olmaqla, müxtəlif nəqliyyat mərkəzlərinə yerləşdirildiyi qeyd olunub.

Digər tərəfdən, Prezidentlik Sarayı İnterpol-un Duterte haqqında qırmızı bülleten yayımladığına dair hər hansı məlumat əldə etmədiklərini açıqlayıb.

Dutertedən əməkdaşlıq bəyanatı

Filippində12 mayda keçiriləcək ara seçkilər ərəfəsində Duterte ölkənin hazırkı vitse-prezidenti və qızı Sara Duterte ilə birlikdə Honq-Konqun Van Çay bölgəsini ziyarət edib. Burada çıxış edən keçmiş prezident Duterte 2016-cı ildə başladılan və 6 mindən çox insanın öldüyü bildirilən "narkotiklə mübarizə" əməliyyatları səbəbindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində həbs qərarı verməsi halında həbsxanaya getməyə hazır olduğunu bir daha vurğulayıb.

BCM və Filippinin araşdırmaları

Beynəlxalq Cinayət Məhkəməsi Dutertenin 2016-2022-ci illərdə prezident olduğu dövrdə "narkotiklə mübarizə" əməliyyatları çərçivəsində insanlığa qarşı cinayətlər törədildiyi iddiaları ilə bağlı 2021-ci ilin sentyabrında araşdırma aparmağa qərar vermişdi.

Lakin həmin ilin sonlarında Filippin bu iddiaları öz müstəqil araşdırmasına cəlb edib və BCM-nin son instansiya olaraq yurisdiksiyaya malik olmadığı irəli sürülərək araşdırma müvəqqəti dayandırılmışdı.

Filippin BCM-nin ilkin araşdırma başladığını elan etməsindən sonra, 17 mart 2018-ci ildə məhkəmənin təsis sənədi olan Roma Statutundan çıxmışdı. Buna baxmayaraq, BCM 18 iyul 2023-cü ildə araşdırmanı davam etdirmək qərarına gəlmişdi.скачать dle 11.3
Mojo.az Banner