Azərbaycanlı müğənnilərdən pul alıb, onlara fəxri ad verəcəyini deyən Bəytullanın - VİDEOSU
Xəbər verdiyimiz kimi, Rusiyada polis əməkdaşları məmur postlarını "satan" 32 yaşlı Dərbənd sakini Beytulla Cavadovu saxlayıblar. Hazırda onun əməllərindən 10 nəfərin zərər çəkməsi məlumdur. Dələduz karyera pilləkəni ilə irəliləmək istəyənlərə göstərəcəyi "xidmətə" görə azı 15 milyon rubl mənimsəyib.
Saxlanılan Bəytullanın azərbaycanlı məşhurlarla da münasibəti olub.
O tanınmış azərbaycanlı müğənnilərdən pul alaraq, onları Dağıstanın əməkdar və xalq artisti adı verəcəyini bildirib.
Bəytullanın saxlanılandan sonra videosu da yayılıb.
Həmin görüntüləri təqdim edirik:
//azxeber.com
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!