Gürcüstandan Azərbaycana yoluxucu xəstəlik keçib - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Gürcüstandan Azərbaycana yoluxucu xəstəlik keçib - AÇIQLAMA

Bakıda vətəndaşlar arasında qızılcaya yoluxma halları aşkarlanıb.

Bu barədə oxu.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, respublikada qızılcaya tək-tək yoluxan şəxslər müşahidə edilib ki, onların çoxu paytaxt sakinləridir.

Qeyd edək ki, Gürcüstanda yanvar ayının 1-dən indiyədək qızılcaya yoluxanların sayı 312-yə çatıb.

A.Əliyeva bildirib ki, qonşu ölkələrdə, eləcə də, bir çox Avropa ölkələrində bu xəstəliyin yayılmasını nəzərə alaraq, ölkədə səpkili xəstələrdən alınan qan nümunələri Taun Əleyhinə Stansiyada ciddi şəkildə yoxlanılıb:

“Noyabr ayının sonlarından bu günə qədər götürülən qan nümunələrindən tək-tək hallarda qızılcaya yoluxan şəxslərin olduğu məlum olub. Onların əksəriyyəti yaşlı nəslin nümayəndələri və orta yaşlı insanlardır. Əhali arasında qızılcaya yoluxduğu ehtimal edilən azyaşlı uşaqların sayı çox deyil. Ümumi olaraq şübhəli xəstələrdən götürülən analizlərin müayinə nəticələrində tək-tək hallarda böyüklər arasında qızılcaya yoluxma öz təsdiqini tapıb”.

Qızılcaya yoluxan şəxslərin zamanında bu xəstəlik əleyhinə gerçəkləşdirilən peyvəndlərdən istifadə etməyən insanlar olduğunu deyən A.Əliyeva peyvəndlərin immun sisteminə faydasını diqqətə çatdırıb:

“Qızılcaya yoluxan insanlar vaxtilə peyvənddən yayınan şəxslərdir. Bu xəstəliyin profilaktikası peyvənd etdirməkdir. Uşaq və ya böyüklər zamanında yaşa görə peyvənd olunduqda, orqanizmdə xəstəliyə qarşı kifayət qədər immunitet formalaşır ki, hətta xəstə insanlarla təmasda olduqda belə, yoluxma baş verir.

Məhz bu səbəbdən valideynlərə tövsiyə edirik ki, uşaqlarını vaxtında peyvəndlərə aparsınlar. Nəzərə almaq lazımdır ki, bu gün nəinki Gürcüstanda, Avropanın bütün ölkələrində qızılcaya yoluxmuş xəstələrinin sayı kifayət qədər çoxdur”.

Xəstəliyin ölkəyə Gürcüstandan gətirildiyini ehtimal etdiklərini deyən RGEM rəsmisi bu xəstəliyə yoluxma halının ən son 2013-cü ildə müşahidə edildiyini qeyd edib:

“Düşünürük ki, bu xəstəlik ölkəyə qonşu Gürcüstandan gətirilib. Çünki Azərbaycanda sonuncu dəfə qızılcaya yoluxma 2013-cü ilin yanvar-iyul aylarında müşahidə edilib. O dövrdən bu günə qədər heç bir yoluxma halı qeydə alınmamışdı. Təbii ki, paytaxt əhalisinin hamısının Gürcüstanla əlaqəsi olduğunu demək olmaz. Amma bu proses, sadəcə, bir-iki nəfərlə gəlir və əhali arasında sürətlə yayılır.

İnsanlar etiraf etmək istəməsələr də, daha sonradan Gürcüstanla əlaqələri olduqları məlum olub. Bu səbəbdən, hesab edirik ki, xəstəlik Gürcüstandan gətirilib. Bu gün tibb müəssisələrinə müraciət edən vətəndaşlar arasında səpkili xəstələr aşkar ediləndə dərhal laborator müayinələrə cəlb olunurlar. Bunun üçün epidemioloji nəzarət aparılır”.

Xəstəliyin geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəyə daha 106 min doza vaksin gətiriləcəyini deyən A.Əliyeva bu vaksinlərin azyaşlılardan çox, orta yaşlı insanların immun sisteminin gücləndirilməsində istifadə ediləcəyini də diqqətə çatdırıb:

“Bu gün ölkədə uşaqların sayına uyğun qızılca-məxmərək əleyhinə kombinə olunmuş vaksinlər var. Lakin Səhiyyə Nazirliyi UNİCEF-ə daha 106 min doza vaksinin ölkəyə gətirilməsi ilə bağlı müraciət edilib. Əgər kimsə vaxtilə peyvənddən imtina edibsə, onlar yenidən müraciət edərək hazırda mövcud olan vaksinlərlə uşaqlarını peyvənd etdirə bilərlər.

Bu xəstəliklə mübarizədə əsas vasitə immunizasiyadır. Sifariş edilən vaksinlərin Azərbaycana gətirilməsi təqribən mart-aprel aylarına təsadüf edəcək. Səhiyyə Nazirliyinin əmrinə əsasən, vaksinlər gətirildikdən sonra 18 yaşından yuxarı olan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq poliklinikalara müraciət edərək peyvənd olunacaqlar. Baxmayaraq ki, 2013-cü ildən ölkəmizdə bu xəstəliyə yoluxma halları müşahidə edilmir, vətəndaşlarımızın xarici ölkələrə səfəri bu prosesin ölkə daxilində yayılmasına şərait yarada bilər.

Avropa ölkələrində qızılcaya yoluxmalar mütəmadi müşahidə edilir. Bu səbəbdən əhali peyvənd edilərsə, immun sistemləri güclü olar və yoluxma riski azalar. Ona görə bu məsələyə xüsusi diqqət ayrılacaq”.

Xatırladaq ki, 2018-ci il üçün Gürcüstanda qızılcaya 2000-2200 nəfər yoluxub. Cari ilin ilk ayında isə yoluxma hallarının sayı 312-yə çatıb. Qızılcaya yoluxma halları daha çox Kaxeti və İmereti ərazilərində müşahidə edilir. Xəstəliyə yoluxan insanların 56 faizini 20-40 yaş arası, 8 faizini isə 0-1 yaş arası uşaqların təşkil etdiyi deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 053 18.01.19 15:47