TANAP-ın açılışı: Azərbaycanın növbəti uğuru - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:22 Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq  |     19:10 FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar"  |     19:08 İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar  |     19:07 Azərbaycanda "Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar" təsdiqlənib  |     19:02 Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib (YENİLƏNİB)  |     18:52 Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI  |     18:50 Pakistanda silahlılar qatara hücum edərək sərnişinləri girov götürdülər: Altı ölü  |     18:45 Bakıda bir qrup şəxsin dəyənəklərlə sürücünü ölümcül döyməsinin SƏBƏBİ BİLİNDİ - VİDEO  |     18:42 DTX-nin Qusar əməliyyatı - "Meşə qardaşları" barəsində YENİ QƏRAR  |     18:40 İlham Əliyev Eldar İbrahimovu təltif etdi  |     18:36 "Vətən" restoranında istehlaka yararsız məhsullar aşkarlandı - FOTO  |     18:16 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR  |     18:13 Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL  |     17:54 Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi  |     17:42 Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirmək istədilər  |     16:29 Gəncədə baş verən bıçaqlanma hadisəsi barədə təhsil idarəsindən AÇIQLAMA  |     16:14 Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI  |     16:09 Qırğızıstan prezidenti sabiq ölkə başçısının qohumlarına xəbərdarlıq edib: "Həbs olunacaqsınız"  |     16:02 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir  |     16:01 Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib  |    

TANAP-ın açılışı: Azərbaycanın növbəti uğuru - ŞƏRH

Azərbaycan rəqabətə girmədən müstəqil beynəlxalq oyunçu statusunu möhkəmləndirir.

Bu sözləri oxu.az-a açıqlamasında “Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənov deyib.

“Yaxın zamanlarda Azərbaycan qazı Türkiyəyə ixrac olunacaq, Bolqarıstanın qoşulmaq niyyətində olduğu Yunanıstandan İtaliyaya gedəcək qaz kəməri 2020-ci ildə istifadəyə veriləcək. TAP İtaliyanın sərfiyyatının 17 faizini təmin edəcək”, - o bildirib.

Analitikin fikrincə, Cənub Qaz Dəhlizinin gücü illik 16 milyard kub metr qiymətləndirilir, bunun 6 milyardı Türkiyəyə, 10 milyardı isə Avropaya ixrac olunacaq.

TANAP-ın “Qazprom” üçün təhlükə yaratmasına məsələsinə toxunan Həsənovun sözlərinə görə, müqayisəli statistika göstərir ki, TANAP Avropa bazarında “Qazprom”un rəqibi deyil. Üstəlik, Rusiya özü də Çinin hesabına qaz nəqlini şaxələndirir.

Qeyd edək ki, bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya aparacaq TANAP qaz boru kəmərinin açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, digər ölkələrin dövlət və hökumət rəhbərləri, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 456 12.06.18 12:32