Saçları hər gün yumaq niyə zərərlidir? Ekspertdən açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:39 Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən "Vəhşi Arman" həbsxanada özünə qəsd etdi  |     16:27 Almaniyanın keçmiş prezidenti vəfat edib  |     15:19 Ağcabədi rayonunda qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ  |     15:11 Bakıda məktəbli qız faciəli şəkildə öldü  |     15:08 İran ABŞ administrasiyası ilə birbaşa danışıqlara gedə bilərmi? XİN rəhbəri şərtləri AÇIQLADI  |     15:03 Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək  |     14:55 İmişlidə yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxs Bakıya gətirildi  |     14:48 "Word" faydalı funksiyasını itirdi  |     14:41 Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib  |     14:39 "ChatGPTnin yeni versiyası təqdim olunub  |     14:36 "Meta"nın xidməti məktubunun məzmunu mətbuata sızdı  |     14:35 Neymar doğma klubuna qayıtdı  |     14:35 Konor Makqreqor Həbib Nurməhəmmədovu döyüşə çağırdı  |     14:34 Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 50-yə yaxın saxlanan var  |     14:32 Günəşdə partlayışlar baş verib  |     14:29 Aktyor Kənan Yusifovun TOYU OLDU - FOTO  |     14:27 Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     14:24 Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub - VİDEO  |     14:10 Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     13:58 Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə yenidən məhdudiyyət qoyulub  |    

Saçları hər gün yumaq niyə zərərlidir? Ekspertdən açıqlama

Baş dərisinin intensiv masajı, hər gün saç yuma, aqressiv tərkibli maskalar, dəsmalla düzgün qurutmama, saçları düzümləri, quru şampunun tez-tez istifadəsi, fendən çox istifadəsi və saç kəsimindən imtina saçların vəziyyətini pisləşdirir.

Bu barədə rusiyalı terapevt, dermato-veneroloq və preventiv tibb həkimi Mariya Kızımko xəbərdarlıq edib.

O, saç qulluğu barədə cəmiyyətdə yayılan miflərdən danışıb. Onları təqdim edirik.

Mif 1: Hər gün saç yumaq saçlar üçün faydalıdır.

Tez-tez yuma saçları təbii nəmləndirici komponentlərdən məhrum edir, onları quru və kövrək edir. Aqressiv şampunlar isə baş dərisini qıcıqlandıra bilər. Ən optimalı həftədə 2-3 dəfə sulfatsız yumşaq şampunlardan istifadə edərək saç yumaqdır.

Mif 2: Soğan, sarımsaq və xardal maskaları saç böyüməsini sürətləndirir.

Qan dövranını stimullaşdırmaq vədlərinə baxmayaraq, belə maskalar tez-tez qıcıqlanma, allergiya və hətta yanıqlara səbəb olur. Minoksidil kimi güclü tökülmə əleyhinə vasitələrin müstəqil istifadəsi problemi daha da ağırlaşdıra bilər.

Mif 3: Baş dərisinin intensiv masajı saç böyüməsini yaxşılaşdırır.

Həddindən artıq enerjili daranma, masaj saç köklərini zədələyə və iltihablanmaya səbəb ola bilər. Yuyunma zamanı barmaq ucları ilə yüngül masaj və ya xüsusi fırçalardan istifadə daha faydalı olacaq, lakin onlarla da ehtiyatlı olmaq lazımdır.

Həkim, həmçinin bildirib ki, saç uclarında qırıqlar (daha çox "saçqıran" kimi tanınır) varsa, kəsilməlidir, əks halda saçın quruluşunu zəiflədir, onu kövrək edir və daha çox qırılmağa səbəb olur. Bundan başqa saçı bərk yığmaqla olan düzümlər də zərərlidir: saçların daimi dartılması onların qırılmasına və follikulların zədələnməsinə səbəb olur.

"Digər bir səhv - dəsmalla düzgün qurutmamadır. Yuyunduqdan sonra saçları dəsmalla həddindən artıq intensiv sürtmək saçların qırılmasına və kutikula zədələnməsinə səbəb ola bilər. Yüksək temperaturun müntəzəm təsiri saç quruluşunun zədələnməsinə, qurumaya və kövrəkliyə səbəb ola bilər. Bundan əlavə, quru şampunun tez-tez istifadəsi baş dərisində məhsulun yığılmasına səbəb ola bilər ki, bu da qaşınma, qabıq və saç vəziyyətinin pisləşməsinə səbəb olur", - deyə həkim bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 01.02.25 13:46