İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Hacıqabulda 100-ə yaxın evi su basıb  |     22:38 Səfir: ABŞ COP29-da ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur  |     22:25 “Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir”  |     22:18 Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır  |     22:09 Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat layihəsi Dumaya təqdim edilib  |     22:03 İsmayıllı-Lahıc avtomobil yolu qaya parçalarından təmizlənir  |     21:59 “Chaikand” restoranının sahibi yolu zəbt edərək parklanma zonasına çevirib - FOTO  |     21:47 Bakıda 2700 manat oğurlayan yeniyetmə saxlanıldı  |     21:39 Aİ rəhbərliyində yeni simalar: Azərbaycana münasibət dəyişəcəkmi?  |     21:35 “İmtahandan keçməyən müəllimlər günahı özlərində görməlidirlər”  |     21:28 İyulda 43° isti olacaq - Aylıq proqnoz  |     21:17 Sosial verilişləri tənqid etdi  |     21:10 Çimərliyə bu vaxtlar gedin - Həkim açıqladı  |     21:05 Seçkilərə iki gün qalmış Le Penin partiyasına dəstək rekord səviyyəyə çatdı  |     20:58 Cəbrayılda ilin sonunadək 33 binadan ibarət kompleks istismara veriləcək  |     20:52 Bakının bu ərazisində sotu bir milyona torpaq, kvadratı on iki minə mənzillər satılır  |     20:47 Avropa çempionatı: Azərbaycan cüdoçusu erməni rəqibini məğlub etdi  |     20:39 Laçında hind filmi çəkiləcək  |     20:33 “Taksi defisitdir, avtobusların sayı artırılmalıdır” - Ekspert  |     20:30 Azərbaycan və Macarıstan müdafiə nazirlərinin Budapeştdə görüşü olub  |    

İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin sabiq direktoru Bahar Zənnum qızı Kərimovaya vəzifə saxtakarlığı etdiyi üçün cinayət işi başlanıb.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanan Bahar Kərimova və Elman Gülabbas oğlu Məmmədov təqsirləndirilən şəxs qismində tanınıblar. Cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinin hakimi İlham Kərimlinin icraatına verilib.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi Nizami rayonunun ərazisində yerləşir. Bahar Kərimova 2022-ci ildən Binəqədi rayonunda yerləşən 178 saylı körpələr evi-uşaq bağçasının müdiri işləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 26.06.24 16:31