Bakının bu ərazisində sotu bir milyona torpaq, kvadratı on iki minə mənzillər satılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 DİN: Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-3  |     22:51 FHN qüvvələri su basmış ərazilərə cəlb olundu  |     22:27 Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı  |     22:17 Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub  |     22:10 Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub  |     22:02 Xərçəng və diabet riskini azaldan tərəvəz şirəsi  |     21:54 Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb  |     21:49 Avropa çempionatı: Azərbaycan millisi fərdi yarışı 4 medalla bitirib, medal sıralamasında ikinci olub  |     21:40 Xiyar hiyləgərlikləri: Çoxlu məhsulu necə əldə etmək olar?  |     21:34 Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar  |     21:26 “WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI  |     21:20 9 min manata satılan ən bahalı hamburger  |     21:13 Niyə həkim resepti olmadan antibiotik qəbul etmək olmaz? – 3 ƏSAS SƏBƏB  |     21:09 Bu rayonlara 3 gün yağış yağacaq  |     21:01 Burak Özçivitin bu hərəkəti müzakirə yaratdı - Video  |     20:56 Bloomberg: Demokratik Partiyanın donorları Baydenin əvəzlənməsini istəyirlər  |     20:49 Beyin öz naviqasiya sistemini oriyentirlər olmadan tənzimləyə bilər - Alimlər  |     20:38 Genefondumuzu təhdid edən təhlükə  |     20:34 PSJ 16 yaşlı futbolçunu 250 milyon avroya transfer etmək istəyir  |     20:18 Kanada Silahlı Qüvvələrinin başçısı ilk dəfə bu qadın olacaq - KİV  |    

Bakının bu ərazisində sotu bir milyona torpaq, kvadratı on iki minə mənzillər satılır

Bakının mərkəzi hissəsində daşınmaz əmlak bazarında bahalaşma müşahidə olunur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədri Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında deyib ki, şəhərin mərkəzinə doğru torpağın dəyəri kifayət qədər artıb.

O, Səbail rayonu ərazisində bahalaşmanın daha çox qeydə alındığını söyləyib. Təşkilat sədri bildirib ki, ölkədə hər bir ərazinin özünəməxsus prestij səviyyəsi, infrastruktur ölçüsü və nəqliyyat əlçatanlığı var:

"Bu baxımdan qiymətlər zonalar və onların daxilində olan küçələr üzrə dəyişir. Məsələn, paytaxtın Nizami küçəsinə - "Tarqovu" adlanan ərazilərə yaxın yerlərdə torpaq sahələrinin bir sotu 1-1,2 milyon manat civarında dəyişir. Burada əksər obyektlərin 1 kvadrat metri 40-45 min manat civarında dəyişir. Bu, hazırda çox yüksək qiymətdir. Həmin obyektlərin sahəsi kiçik olsa da, yüksək qiymətə təklif olunur. Onlar olduqca gəlirli obyektlər olduğundan sahibləri belə düşünürlər ki, kim onları əldə edərsə, həm yüksək qiymətə icarəyə vermək imkanlarına malik olar, həm də yüksək qiymətə satmaq imkanı əldə etmiş olarlar".

İqtisadçı əmlak bazarında bahalı mənzillərin qiymətindən də danışıb. Onun sözlərinə görə, "Neftçilər" prospektinə yaxın olan yeni tikililərin, dənizə mənzərəsi olan sahələrdə ən bahalı mənzillərin 1 kvadrat metrinin qiyməti 10-12 min manat civarında dəyişir.

Sədr bildirib ki, inkişafın baş verməsi, ölkə büdcəsinin böyüməsi, manatın alıcılıq qabiliyyətinin dəyişməsi, enerji resurslarının qiymətində artımın baş verməsi, o cümlədən minimum və orta əməkhaqqının səviyyəsinin artması müəyyən inflyasiyaya səbəb olur: "İnflyasiyanın nəticəsi də qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Bu baxımdan hər il biz qiymətlərdə bu artımı hiss edir və görürük. Məsələn, sosial layihələr zamanı ipoteka krediti almaq istəyənlər bu kreditin təzə verildiyi zamanlarda şəhərin mərkəzindən müəyyən mənzillərə sahib ola bilirdilər. Bir müddət keçdikdən sonra yavaş-yavaş bu məsafə və istiqamət mərkəzə yaxın ərazilərə, daha sonra isə mərkəzdən ucqarlara, yəni şəhərətrafı ərazilərə doğru irəlilədi. Bu gün Masazır, Xırdalan, Hövsan və Zığda daşınmaz əmlak bazarına tələbatın artdığını qeyd edə bilərik. Yəni əlçatanlılıq şəhərin müəyyən ucqar yerlərinə doğru istiqamətlənir. Bu da qiymətlərin getdikcə bahalaşmasının nəticəsidir. Hazırda həmin ərazilər və onlara yaxın yerlərdə ipoteka kreditləri üçün daha çox müraciətlər edilir. Şəhərin digər əraziləri isə, həqiqətən də, qiymətlərin bahalaşdığı yerlərdir".

V.Oruc vurğulayıb ki, son üç ildə mənzillərin bir kvadrat metrinin təklif qiyməti təqribən 50-55% yüksəlib: "Yəni bu, o deməkdir ki, əvvəllər, məsələn, şəhərin mərkəzinə yaxın rayonlarda, ərazilərdə maya dəyəri 1500 manata olan mənzil təklif olunurdusa, indi bu qiymət təqribən 2200-2300 civarında dəyişir. Ona görə də belə hesab edirəm ki, bahalaşma getdikcə davam edəcək. Çünki qeyd etdiyim şərtlərə uyğun olaraq ölkə büdcəsinin böyüməsi, iqtisadi inkişaf və manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər onu diqtə edir ki, daşınmaz əmlaka olan qiymətlər yüksəlsin. Digər tərəfdən, daşınmaz əmlaka olan qiymətlərin yüksəlməsinə təkan verən amillərdən biri də ondan ibarətdir ki, ölkədə daşınmaz əmlak hazırda ən çox investisiya cəlbediciliyi olan bir istiqamətdir. Yəni vətəndaşlar belə düşünür ki, banklara depozit yatırmaqla mənfəət əldə etməkdənsə, bir mənzil alıb onun növbəti illərdə bahalaşmasını gözləmək daha məqsədə müvafiqdir. Yəni hazırda daşınmaz əmlak banklardan daha çox dividend və depozitlərdəki artımı ortaya qoymaq imkanlarını verir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 28.06.24 20:52