Beyin öz naviqasiya sistemini oriyentirlər olmadan tənzimləyə bilər - Alimlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir? - Video  |     22:51 DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib  |     22:42 Putin müharibənin bitəcəyi tarixi açıqladı  |     22:30 Bakıda bu istiqamətlərdə tramvay xətləri çəkiləcək  |     22:13 Şirvanda qadın dəm qazından boğuldu  |     22:03 Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı  |     21:54 Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm  |     21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |    

Beyin öz naviqasiya sistemini oriyentirlər olmadan tənzimləyə bilər - Alimlər

Alimlər araşdırıblar ki, hərəkət zamanı məməlilər əsasən vizual siqnallar vasitəsilə öz mövqelərini izləyir və məkan oriyentasiyasını təyin edirlər. Lakin beyin sabit vizual oriyentirlər olmadıqda belə daxili xəritəsini yenidən kalibrləmək qabiliyyətinə malikdir.

Bu barədə "Nature Neuroscience" jurnalında dərc edilmiş araşdırmanın nəticələrində qeyd olunub.

Bir insan nişanlarla örtülmüş bir tunel vasitəsilə getdiyi zaman, beyni nişanların onun yanından hansı sürətlə keçdiyini müəyyənləşdirir. Bu şəkildə beyin keçilmiş məsafəni və məkan daxilində nisbi mövqeyi daim təhlil edir.

"Beyin daxili sürət hissini öz məkan xəritəsi və yalnız optik axın siqnalları vasitəsilə tənzimləyə bilər. Bu prosesdə insanlara hərəkət zamanı qəbul etdikləri vizual naxışlar kömək edir," – deyə araşdırmanın müəllifi, Uaytinq Mühəndislik Məktəbində mexanika mühəndisliyi professoru Noa Kouen izah edib.

Alimlər qrupu nişanlama sürətinin dəyişməsi və ya nişanların silinməsinin beynin reaksiyasına necə təsir edəcəyini müəyyən etmək qərarına gəliblər.

Eksperiment siçanlar üzərində aparılıb. Komanda virtual reallıq qübbəsi qurub və divarlarına işıq zolaqları proyeksiya edib. Alimlər beyindəki neyronların telefondakı GPS kimi işlədiyini fərz ediblər.

Heyvanları qübbə ətrafında gəzməyə şokoladlı süd damcıları ilə motivasiya ediblər. Zolaqlar siçanların sürəti və məkan içindəki mövqeləri haqqında şüuraltı bir siqnal kimi xidmət etməli idi.

Zolaqlar siçanlar addım atdıqca əks istiqamətdə dönüb. Beyin bədənin iki dəfə daha sürətlə hərəkət etdiyini düşünüb, buna görə də onların məkan hissi təhrif olunub.

Bir müddət sonra, zolaqlar söndürüldükdə belə, siçanlar hələ də daha sürətli hərəkət etdiklərini hiss ediblər.

Məməlilərin beyni oriyentirlərin bir-birinə nisbətən mövqeyindən istifadə edərək mövqeyi və təxmini sürəti kalibrlədiyi üçün alimlər bu prosesin heç bir oriyentir olmadan necə işlədiyini öyrənməyə maraq göstəriblər.

"Naviqasiya sistemi beynin yaddaş sistemi ilə çox sıx bağlıdır, buna görə də biz ümid edirik ki, koqnitiv xəritələrin yaradılması mexanizmini başa düşmək, yaşlanma və demensiya zamanı yaddaşın zəifləməsini izah edəcək", – deyə Kavli Neyron Elmləri İnstitutunun professoru Ceyms Knierim bildirib.

Nəticələr robototexnika üçün də əhəmiyyətlidir. Kouen qeyd edib ki, bu kəşf həmçinin süni intellekt və koqnitiv sistemlərin tətbiqi üçün maşın öyrənməsi alqoritmlərinin inkişafına töhfə verə bilər.
//qaynarinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 29.06.24 20:49