Salyanda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Report-un Aran bürosunun məlumatına görə, onlar rayonun Şorsulu kənd sakini Əhmədov Mustafa Allahyar oğlu və Biləsuvar sakini Mübaşir adlı şəxsdir. Hər ikisi meşə təsərrüfatının işçisidir.
Qəzada yaralanan Şorsulu kənd sakinləri, 1996-cı il təvəllüdlü Zeynalov Samid Eldəniz oğlu, 2009-cu il təvəllüdlü Quliyev Cəlal Ceyhun oğlu və digər hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.
Report-un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “NİVA” markalı avtomobilin digər nəqliyyat vasitəsi toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.