“Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

“Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib

Çin internet nəhəngi “Alibaba Group Holding” öz süni intellekt modeli “Qwen”in yeni versiyasını təqdim edib. Bu modelin “DeepSeek” də daxil olmaqla, bazardakı bir sıra aparıcı məhsullardan üstün olduğunu iddia edib.

Bu barədə Report "Reuters"ə istinadən xəbər verir.

Bu ayın əvvəlində “V3” modelinə əsaslanan Çin süni intellekt köməkçisi “DeepSeek” və “R1” modelinin buraxılışı İT investorlarını şoka salıb. Bütün dünyada texnologiya şirkətlərinin səhmlərinin kəskin düşməsinə səbəb olub.

“DeepSeek”in iddia edib ki, öz məhsulları daha ucuzdur. Bu isə investorları ABŞ-nin aparıcı süni intellekt şirkətlərinin böyük xərclərinin əsaslı olmasına şübhə ilə yanaşmağa vadar edib.

“Alibaba Cloud”un məlumatına görə, “Qwen2.5 Max” böyük dil modelinin (LLM) son versiyası bəzi parametrlər üzrə “DeepSeek V3” modelini üstələyir. Digər xüsusiyyətlər üzrə rəqabətli nəticələr göstərir.

“Alibaba” bildirib ki, “Qwen2.5 Max” “DeepSeek V3”, “OpenAI”nin “GPT-4o” və “Claude-3.5-Sonnet” də daxil olmaqla digər qabaqcıl LLM-lərlə müqayisədə rəqabətli performans göstərir.

“DeepSeek” süni intellekt köməkçisi bu həftə ABŞ də daxil olmaqla bir sıra ölkələrdə “App Store”da yükləmələrin sayına görə birinci yeri tutub. “Android” əsaslı cihazlar üçün “Play Store” tətbiq mağazasında yükləmələrə görə liderlər sırasına daxil olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 29.01.25 19:09