Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Qızıl alışında beşinci ölkəyik

15.02.2025 19:28 1 026
Qızıl alışında beşinci ölkəyik
Azərbaycan 2024-cü ildə 25 ton qızıl alıb. Bu ötən ilin ilk üç rübünün göstəricisidir. Beləliklə, dünya üzrə qızıl alışına görə, keçən il reytinq siyahısında beşinci yeri tutmuşuq.

Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub. Bu statistika Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatında qeyd olunub. Hesabata görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası müntəzəm davam edir. Xüsusilə iqtisadi qeyri-müəyyənliklər və inflyasiyaya qarşı etibarlı "sığınacaq" axtarışları qızıla olan marağı daha da artırıb. Şuradan bildirilir ki, ölkəmizin qızıl alışlarına Azərbaycan Mərkəzi Bankının deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl alışları daxildir.

Maraqlıdır, böyük miqdarda qızıl alışı nəyə hesablanıb? Səmərəlidirmi? Qarşıdakı dövrdə də bu tendensiya davam edə bilərmi?

Az riskli yığım vasitəsi

Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qlobal iqtisadiyyatda risklər artığı üçün qızıl investorlar tərəfindən daha az riskli yığım vasitəsi hesab olunur: “Xüsusilə də, qlobal ticarət müharibəsinin güclənməsi iqtisadiyyatda riskləri artıran səbəblərdəndir. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qızılla yığıma daha çox sərmayənin yönəlməsini müşahidə edirik”.

Millət vəkilinin sözlərinə görə, qızılla yığımların artırılması təhlükəsizlik baxımından vacibdir: “Azərbaycan da artıq xeyli müddətdir ki, qızıla investisiya edir, idxalını artırır. Ən çox qızıl alan beşinci ölkə olmağımızın səbəbi sırf idxalla bağlı deyil. Bu, həm də Azərbaycanın özünün istehsal etdiyi, yəni, ölkədə hasil edilən qızılın emal edilərək sonradan ölkəyə gətirilməsi ilə bağlıdır. Bunların bir hissəsi Azərbaycandan hasil edilən qızılın emal edilərək ölkəyə qayıtması, digər hissəsi isə təbii ki, yığımlardır. Amma bütün hallarda qızılla yığımların artırılması iqtisadi təhlükəsizlik baxımından vacibdir”.

Qarşıdakı illərdə bu tendensiyasının davam etməsi məsələsinə gəldikdə isə, millət vəkili vurğulayır ki, bu siyasət növbəti illərdə də davam etdiriləcək.

Ciddi yatırım aləti

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyir ki, qızıl yatırım aləti kimi istifadə olunur: “Əsas alışlar Dövlət Neft Fondu tərəfindən olub. Ötən beş ili müqayisə etsək, qızıl qiymətləri artan xətlə davam edir. Ekspertlərin proqnozlarına görə, bir qram 999 əyarlı qızılın qiyməti 100 dollara qədər qalxacaq. Məhz buna görə də, qızıl kifayət qədər ciddi yatırım alətidir. Bu səbəbdən, Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub”.

Polşa liderdir

2024-cü ildə qızıl ehtiyatlarını ən çox artıran 10 ölkənin siyahısına nəzər salsaq, liderlik Polşadadır. Belə ki, Polşa 90 ton olmaqla 2024-cü ilin ən böyük qızıl alıcısı olub. Ölkə ümumi qızıl ehtiyatını 448 tona çatdırıb. İkinci yerdə isə qardaş ölkə Türkiyədir. 75 ton qızıl alaraq ehtiyatını 528 tona çatdırıb. Türkiyəni 73 ton qızıl almaqla Hindistan, 44 ton qızıl alışı ilə isə Çin izləyir. Azərbaycan 25 ton göstərici ilə beşinci yerdədir (2024-ci ilin üç rübünün göstəricisi).

Altıncı yer Çexiya, yeddinci yer İraq, səkkizinci yer Macarıstan, doqquzuncu yer Qana və Özbəkistan, 10-cu yerin sahibi isə Qətərdir.

Yeri gəlmişkən, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,36% artaraq 2 955,9 ABŞ dollarına bərabər olub.
//Kaspi.azскачать dle 11.3
Mojo.az Banner