Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

Azərbaycan qızıl ehtiyatları reytinqində yer almadı - Fond səbəbini açıqladı

06.08.2019 17:01 1 956
Azərbaycan qızıl ehtiyatları reytinqində yer almadı - Fond səbəbini açıqladı
Avqustun 1-də Ümumdünya Qızıl Şurasının (World Gold Council) açıqladığı dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının reytinqində Azərbaycan yer almayıb.

Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikasının əks olunduğu hesabatda Azərbaycanın reytinq cədvəlində yer almamasının səbəblərini göstərib.

Fondan bildirilib ki, Ümumdünya Qızıl Şurası ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə, əsasən, Maliyyə Nazirliyi və Mərkəzi banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

Qeyd olunub ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq 30 iyun 2019-cu il tarixinə Fondun investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir:

“Nəzərinizə çatdırırıq ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır”.скачать dle 11.3
Mojo.az Banner