Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı

15.02.2025 20:14 864
Hərəkətdə olan
Bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan "KamAZ" markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, "KamAZ" və traktorun sürücüsü xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər