Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü

29.01.2020 19:22 1 690
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata əsasən, yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər YNH-si saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş verib.

Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "MAN" markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılıb.

Başqa bir yol-nəqliyyat hadisəsi yanvarın 28-də saat 22 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində baş verib.

Nazirliyin məlumatında qeyd edilir ki, Bərdə rayon sakini Vüsal Adıgözəlov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini M.Cəfərovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər üç hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//Baku.ws

Son xəbərlər