Mojo.az Banner
Left Banner
Right Banner

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

12.02.2024 11:57 2 151
Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner