Mojo.az Banner
21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU

15.02.2025 20:28 732
Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU
Özündən 14 yaş kiçik həyat yoldaşını balta ilə qətlə yetirən 54 yaşlı kişinin məhkəmə prosesi yekunlaşıb.

Median.Az
"Unikal"a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddəsi ilə təqsirləndirilən Teymur Ocaqverdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində məlum olub ki, ötən ilin iyun ayında 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev Daşkəsən rayonunun Əmirvar kəndində özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib.

Mərhumun qardaşı Namiq Məsimov məhkəmədə verdiyi ifadəsində bildirib ki, onların arasında son zamanlar mübahisələr çox olub. Sonuncu davaları isə mayın 14-də (2024-cü il) yaranıb. Belə ki, həmin gün Teymur həyat yoldaşını qonşu kişi ilə yaxın münasibətdə olan zaman tutub.

Hətta qətli törədən Teymur Ocaqverdiyev bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.

Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək heyvanların onun həyətyanı sahəsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, bir gün evə gələn zaman qonşusu Elvini evində arvadı ilə tutub, bundan sonra Elvin onun ayaqlarına düşərək yalvarıb, onlar digər otağa keçib söhbət edən zaman Elvin birdən cibindən çıxartdığı bıçağı onun boğazına dirəyib, sonra isə evdən uzaqlaşıb. Bundan bir müddət sonra Teymur arvadından qisas almaq məqsədilə həyətdən gətirdiyi balta ilə arvadını amansızcasına qətlə yetirib və özü DİN-nin "102" qaynar xəttinə zəng edərək törətdiyi cinayətini etiraf edib.

Qeyd edək ki, ailənin iki oğul övladı olub, hadisə zamanı onlar evdə olmayıblar. Onlardan biri əsgərlikdən yeni gəlibmiş.

Faktla bağlı ilkin olaraq Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və Teymur Ocaqverdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner