Qırğızıstanda Kemin-Siti adlı ilk ekoloji təmiz şəhərin inşa edilməsi planlaşdırılır.
Müvafiq fərmanı ölkə Prezidenti Sadır Japarov imzalayıb.
353,3 hektar ərazisi olan yaşayış məntəqəsi Çuy vilayətinin Kemin rayonunun ərazisində yerləşəcək.
Kemin-Sitinin tikinti konsepsiyası cari ilin iyun ayının 1-dək hazırlanacaq.
Layihənin həyata keçirilməsinin rayonun iqtisadi inkişafına şərait yaradacağı və sosial sabitlik səviyyəsini yüksəldəcəyi gözlənilir.