18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib.

Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov "Mercedes-Benz" markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və onun tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.

Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N.Hüseynova hadisə yerində vəfat edib.

Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.

Qeyd edilib ki, C.Cəfərov keçmiş polis əməkdaşı olub və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək sürücünün 3 il nəqliyyat vasitəsini idarəetmə hüququ da məhdudlaşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 30.01.25 16:54