SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın "Kaşağan" yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır.

Median.Az
SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən "Kaşağan" neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir.

Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın "KazMorTransFlot" şirkətinin idarə etdiyi "Taraz" tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti "SOCAR Midstream Operations" MMC ilə "KazMunayQaz"ın (KMG) törəmə şirkəti "KMG Trading" arasında ildə 240 min ton "Kaşağan" neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.

2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış sazişə görə isə, ildə 1,5 milyon ton "Tengiz" yatağı neftinin tranziti nəzərdə tutulur.

Qeyd edək ki, "Kaşağan" neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

2014-cü ildə dövlət qeydiyyatına alınan "SOCAR Midstream Operations" MMC strateji dövlət əhəmiyyətli layihələrdə SOCAR-ın səhmdar hüquqlarını və maraqlarını təmsil edir. "SOCAR Midstream Operations" MMC IPOL (İnteqrə edilmiş planlaşdırma, optimallaşdırma və logistika) seqmentinə daxildir. 2006-cı ilin iyununda istismara verilən BTC Səngəçal terminalını Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Ceyhan terminalına birləşdirir.

BTC vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. 2006-cı ildən 2024-cü ilin sentyabr ayının sonunadək BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilib və dünya bazarlarına göndərilib. İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənib və yola salınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 30.01.25 12:16