Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu

Yanvarın 30-u Bakı-Ağstafa marşrutu üzrə hərəkət edən sürət elektrik qatarının pəncərəsində olan çatlar sərnişinin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a məlumat verən sərnişin bildirib ki, səyahət anında mənzərə seyr etmək üçün pəncərə yanındakı yerdən bilet alıb, lakin yaranmış çatlar hazırda buna maneə yaradır, üstəlik, şüşənin qırılıb-tökülmək ehtimalı da yüksəkdir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qatara yanvarın 29-da hərəkətdə olarkən daş atılıb, nəticədə şüşədə sınıqlar yaranıb:

"Qatarın pəncərəsinə daş atılıb, sındırılıb. Qısa müddətdə problem aradan qaldırılacaq. Hazırda reysə buraxılan bu qatar hər hansı təhlükə yaratmır. Şüşə bir neçə qatdan ibarətdir. Qat-qat olduğu üçün bir qatında sınıq olsa da, dağılıb-tökülmür. Pəncərələr də İsveçrə şirkətinə məxsus olduğu üçün bahalıdır. Əfsus ki, maarifləndirmə işlərinə baxmayaraq, yenə də vətəndaşlar tərəfindən qatarlara hərəkət anında daş atılır. Nəzərinizə çatdırım ki, bütün qatarlar reysə buraxılmazdan öncə texniki yoxlanışdan keçir. Hərəkətə təhlükə yaradacaq texniki nasazlıq olarsa, heç bir halda xəttə buraxılmır".

O qeyd edib ki, qatar dövlət əmlakı olduğu üçün ona zərər vermək məsuliyyət yaradır:

"Qatarlar yolda olarkən daş atılıb sındırılır, çox vaxt da bu əməl uşaqlar tərəfindən törədilir. Polislər il ərzində belə neçə nəfəri aşkar edib, valideynlərini çağırıb, qanunvericiliyə uyğun tədbirlər görüblər. Qatar dövlət əmlakıdır. Ona zərər vurmaq dövlət əmlakında zərər vurmaq deməkdir. Bu da qanunvericiliyə görə məsuliyyət yaradan əməldir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 30.01.25 12:36