"Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

"Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT

Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsinin sakinləri ətrafa axan kanalizasiya sularının təmizlənməməsindən şikayətçidirlər.

Oxu.az-a şikayət ünvanlayan sakinlər qeyd ediblər ki, şamboları təmizləmək çox baha başa gəlir:

"Qəsəbədə kanalizasiya yoxdur. Buna görə də kanalizasiya suları ətrafa tökülür. Şamboları vaxtında təmizləmək mümkün deyil, maliyyəti yüksəkdir. Buna görə də kanalizasiya qoxusundan boğuluruq".

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidən (İŞBSTX) bildirilib ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb:

"Qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Hazırda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud olmayan yerlərdə vətəndaşlar şambo quyularından da istifadə edə bilirlər. Bu kimi quyuların təchizatı, təmizlənməsi və s. məsələləri isə onların öz hesablarına aparılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini şəbəkə mövcud olan ərazilərdə həyata keçirir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 30.01.25 16:20