Mojo.az Banner
12:34 Qanunsuz ov edən 136 şəxs saxlanılıb  |     12:31 Orta aylıq əməkhaqqı artıb  |     12:22 Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA  |     12:20 Tərtərdə 19 yaşlı qadın doğuşda öldü  |     12:11 Bakıda 200 MİN MƏNZİL inşa ediləcək  |     12:04 Baş nazir hökumətin alternativ enerji ilə bağlı planını açıqladı  |     11:53 Ət satışında qadağalar olsun - TƏKLİF  |     11:48 Bakıdakı universitetlər buraya KÖÇÜRÜLƏ BİLƏR  |     11:45 Erkən evlilik faktları üzrə 22 halın qarşısı alınıb  |     11:39 21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu  |     11:28 Azərbaycan və Pakistan xarici işlər nazirləri regional təhlükəsizliyi müzakirə etdilər - Telefon danışığı  |     11:25 Azərbaycan nefti 10 DOLLARDAN ÇOX BAHALAŞDI  |     11:16 Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 44 nəfər işdən çıxarıldı  |     11:07 Məğlubedilməz Hamzat Çimayevin rəqibi bəlli oldu  |     23:01 Tanınmış vəkil vəfat etdi - FOTO  |     22:53 Ceyhun Bayramov həmkarı ilə regionu müzakirə etdi  |     22:51 Mingəçevirdə maşın yolu keçmək istəyən piyadaları vurdu  |     22:45 "Əl enerjisi" ilə müalicə edən əcnəbiyə otağı kirayə verən şəxs DANIŞDI - Video  |     22:33 Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan çıxarıldı  |     22:20 Füzulidə mina partlayışı: Ölən var  |    
Left Banner
Right Banner

9 min manata satılan ən bahalı hamburger

29.06.2024 21:20 1 005
9 min manata satılan ən bahalı hamburger
Ən bahalı hamburger (bir porsiya) rekordunu 2021-ci ilin iyununda Robbert Jan de Veen müəyyən edib. Həmin gün Hollandiya sakini kulinariya məhsulunu 5 min avroya satıb və bununla da adını "Ginnesin Rekordlar Kitabı"nın səhifələrində əbədiləşdirib.

Bu fikir, restoran sahibi Robbertə pandemiya zamanı, müəssisəsi yemək aparmağa məcbur olanda gəlib.

Məhz o zaman "Qızıl Oğlan" adlı bir hamburger resepti hazırlayıb. "The Golden Boy" ("Qızıl Oğlan") adlı hamburger 28 iyunda "Remia International" şirkətinə 5 min avroya satılıb və Hollandiya Kral ailəsinə məxsus Qida və İçki Cəmiyyətinin sədri Rober Willemse tərəfindən yeyilib.

Sözügedən hamburger yapon vaqyu əti, beluga kürüsü, Alyaska kral xərçəngi və ağ dombalan göbələyi kimi bir çox bahalı ingredientdən hazırlanıb. Bununla yanaşı, burger çörəyi də yeyilən qızıl tozu ilə örtülüb.

Xatırladaq ki, De Veen satışdan əldə edilən gəliri Hollandiyadakı qida banklarına köməklik göstərən bir QHT-yə bağışlayıb. O, bildirib ki, 5 min avroluq bu ianə ilə sözügedən QHT ehtiyacı olan insanlar üçün təqribən min ədəd ərzaq paketi hazırlaya bilər.

Onu da qeyd edək ki, De Veenin burgerin hazırlanması üçün tələb edilən ingredientləri tamamlaması və müxtəlif reseptləri sınaqdan keçirməsi beş aydan çox çəkib.
//lent.az
скачать dle 11.3
Mojo.az Banner