Qanunsuz ov edən 136 şəxs saxlanılıb
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Bildirilib ki, maddi sübut kimi 71 ədəd ov silahı, 430 ədəd patron, qanunsuz ovlanmış 369 baş quş, 5 baş heyvan götürülmüş, cərimə tətbiq edilib.
