Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

Baş nazir hökumətin alternativ enerji ilə bağlı planını açıqladı

13.03.2026 12:04 276
Baş nazir hökumətin alternativ enerji ilə bağlı planını açıqladı
"2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib, yenidən qurulub və əsaslı təmir olunub, 84 km dəmir yolu xətti yenidən qurulub, 7 dəmir yolu tuneli və körpüsü tikilib və əsaslı təmir olunub".

Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib.

Hökumət başçısı əlavə edib ki, 2025-ci ildə enerji istehsalı 28.6 milyard kVt/saat təşkil edib, istehlak həcmi isə 24.7 milyard kVt/saata yüksəlib:

"Hazırda Hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir.

Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik".
//oxu.azскачать dle 11.3
Mojo.az Banner