“İmtahandan keçməyən müəllimlər günahı özlərində görməlidirlər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 DİN: Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-3  |     22:51 FHN qüvvələri su basmış ərazilərə cəlb olundu  |     22:27 Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı  |     22:17 Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub  |     22:10 Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub  |     22:02 Xərçəng və diabet riskini azaldan tərəvəz şirəsi  |     21:54 Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb  |     21:49 Avropa çempionatı: Azərbaycan millisi fərdi yarışı 4 medalla bitirib, medal sıralamasında ikinci olub  |     21:40 Xiyar hiyləgərlikləri: Çoxlu məhsulu necə əldə etmək olar?  |     21:34 Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar  |     21:26 “WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI  |     21:20 9 min manata satılan ən bahalı hamburger  |     21:13 Niyə həkim resepti olmadan antibiotik qəbul etmək olmaz? – 3 ƏSAS SƏBƏB  |     21:09 Bu rayonlara 3 gün yağış yağacaq  |     21:01 Burak Özçivitin bu hərəkəti müzakirə yaratdı - Video  |     20:56 Bloomberg: Demokratik Partiyanın donorları Baydenin əvəzlənməsini istəyirlər  |     20:49 Beyin öz naviqasiya sistemini oriyentirlər olmadan tənzimləyə bilər - Alimlər  |     20:38 Genefondumuzu təhdid edən təhlükə  |     20:34 PSJ 16 yaşlı futbolçunu 250 milyon avroya transfer etmək istəyir  |     20:18 Kanada Silahlı Qüvvələrinin başçısı ilk dəfə bu qadın olacaq - KİV  |    

“İmtahandan keçməyən müəllimlər günahı özlərində görməlidirlər”

“Kimin yaxşı, kimin pis dərs dediyini inzibati amirlik üsulları ilə müəyyənləşdirmək mümkün deyil. Ona görə də ən uyğun yol müəllimlərin sertifikatlaşdırılması, imtahan edilmələridir”.

Bunu VI çağırış Milli Məclisinin deputatı olmuş Musa Qasımlı deyib.

“Müəllimlərin imtahan edilməsi isə qətiyyən onların nüfuzunun aşağı düşürülməsi kimi qiymətləndirilməməlidir. Təhsil millətin gələcəyidir. Ölkəmizin inkişafı, qüdrətli olması birbaşa təhsilimizin keyfiyyəti ilə bağlıdır. Təhsil sisteminin sağlamlaşdırılması bütün cəmiyyəti düşündürür və qarşıda dayanan ən vacib məsələlərdən biridir”, - o bildirib.

Millət vəkili vurğulayıb ki, təhsilverənlərin imtahan edilməsi çox vacibdir:

“Millətimizin taleyini bir neçə savadsız müəllimin ixtiyarına buraxa bilmərik. İmtahan verib sertifikat alan müəllimlər işini davam etdirəcək, maaşları artacaq. İmtahandan keçməyənlər günahı özlərində görməlidirlər. Heç nəyi ideallaşdırmaq istəmirəm. Ancaq serifikatlaşdırma şəffaflıqdır, təhsilin təmizlənməsidir. Ona görə də cəmiyyətimiz sertifikatlaşdırma prosesinə normal yanaşmalı, bu işi müdafiə etməlidir. Sertifikatlaşdırma prosesini müsbət hesab edirəm və nəticələrini bir neçə il sonra görəcəyik. Təhsil bizim ümumi işimizdir, daim sağlamlaşdırılmasına çalışmalıyıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 28.06.24 21:35