Həmkəndlilər arasında paytaxda düşən mübahisə silahlı insidentlə başa çatıb.
Median.Az Xəzər TV-yə istinadən bildirir ki, bir nəfər güllələnərək qətlə yetirilib. Hadisə ötən axşam Nərimanov rayonu Ağa Nemətulla küçəsində insanların sıx olduğu yerdə baş verib. 24 yaşlı Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq qrupu gəlib, araşdırmalara başlanıb.
Qətldən sonra cinayətdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri də yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o mülki geyimli polis əməliyyatçıları tərəfindən tutulub.
O da bildirilir ki, güllələnərək qətlə yetirilən Tural Kosayev və hadisəni törətməkdə şübhəli bilinən İsmayıl Allahverdiyev həmkəndli olublar. Hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir. Şahidlərin bildirdiyinə görə, hadisə iştirakçılarının hər ikisi maşınla olub. Sonradan onlar avtomobildən düşüb və İsmayıl silahı çıxararaq Turala atəş açıb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: