Cəbrayılda ilin sonunadək 33 binadan ibarət kompleks istismara veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 DİN: Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-3  |     22:51 FHN qüvvələri su basmış ərazilərə cəlb olundu  |     22:27 Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı  |     22:17 Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub  |     22:10 Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub  |     22:02 Xərçəng və diabet riskini azaldan tərəvəz şirəsi  |     21:54 Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb  |     21:49 Avropa çempionatı: Azərbaycan millisi fərdi yarışı 4 medalla bitirib, medal sıralamasında ikinci olub  |     21:40 Xiyar hiyləgərlikləri: Çoxlu məhsulu necə əldə etmək olar?  |     21:34 Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar  |     21:26 “WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI  |     21:20 9 min manata satılan ən bahalı hamburger  |     21:13 Niyə həkim resepti olmadan antibiotik qəbul etmək olmaz? – 3 ƏSAS SƏBƏB  |     21:09 Bu rayonlara 3 gün yağış yağacaq  |     21:01 Burak Özçivitin bu hərəkəti müzakirə yaratdı - Video  |     20:56 Bloomberg: Demokratik Partiyanın donorları Baydenin əvəzlənməsini istəyirlər  |     20:49 Beyin öz naviqasiya sistemini oriyentirlər olmadan tənzimləyə bilər - Alimlər  |     20:38 Genefondumuzu təhdid edən təhlükə  |     20:34 PSJ 16 yaşlı futbolçunu 250 milyon avroya transfer etmək istəyir  |     20:18 Kanada Silahlı Qüvvələrinin başçısı ilk dəfə bu qadın olacaq - KİV  |    

Cəbrayılda ilin sonunadək 33 binadan ibarət kompleks istismara veriləcək

Bu ilin sonunadək Cəbrayılda 712 mənzillik 33 binadan ibarət kompleks istismara veriləcək.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O, bu il Cəbrayıl şəhərinə köçün planlaşdırıldığını qeyd edib.

"Hazırda 712 mənzilli 33 binadan ibarət kompleksin tikintisi demək olar ki, başa çatıb və artıq köçürülmə planlaşdırılıb. Təmir işləri də yekunlaşmaq üzrədir. Bundan başqa, köçürülmənin nəzərdə tutulduğu Xorovlu kəndində də aktiv iş aparılır. Cəbrayılın Şükürbəyli kəndində də fəal tikinti gedir. Zəngilanda həm şəhərin özündə, həm də Cahangirbəyli kəndində mənzillərin və məktəbin tikintisi davam edir. Qubadlıda, Zilanlı və Mahruzlu kəndlərində də aktiv tikinti işləri görülür və keçmiş məcburi köçkünlərin köçürülməsi planlaşdırılır", - o deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 28.06.24 20:58