Səfir: ABŞ COP29-da ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 DİN: Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-3  |     22:51 FHN qüvvələri su basmış ərazilərə cəlb olundu  |     22:27 Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı  |     22:17 Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub  |     22:10 Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub  |     22:02 Xərçəng və diabet riskini azaldan tərəvəz şirəsi  |     21:54 Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb  |     21:49 Avropa çempionatı: Azərbaycan millisi fərdi yarışı 4 medalla bitirib, medal sıralamasında ikinci olub  |     21:40 Xiyar hiyləgərlikləri: Çoxlu məhsulu necə əldə etmək olar?  |     21:34 Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar  |     21:26 “WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI  |     21:20 9 min manata satılan ən bahalı hamburger  |     21:13 Niyə həkim resepti olmadan antibiotik qəbul etmək olmaz? – 3 ƏSAS SƏBƏB  |     21:09 Bu rayonlara 3 gün yağış yağacaq  |     21:01 Burak Özçivitin bu hərəkəti müzakirə yaratdı - Video  |     20:56 Bloomberg: Demokratik Partiyanın donorları Baydenin əvəzlənməsini istəyirlər  |     20:49 Beyin öz naviqasiya sistemini oriyentirlər olmadan tənzimləyə bilər - Alimlər  |     20:38 Genefondumuzu təhdid edən təhlükə  |     20:34 PSJ 16 yaşlı futbolçunu 250 milyon avroya transfer etmək istəyir  |     20:18 Kanada Silahlı Qüvvələrinin başçısı ilk dəfə bu qadın olacaq - KİV  |    

Səfir: ABŞ COP29-da ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur

ABŞ Bakıda keçiriləcək COP29 iqlim konfransında ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur.

“Report” xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ölkəsinin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“ABŞ-nin Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinə yardımı enerji sektorunda əldə edilən ən diqqətəlayiq birgə nailiyyətlərdəndir.

ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliklərində ABŞ konsepsiyanın hazırlanması işlərində, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qaz Dəhlizinin inşasında və istismara verilməsində mühüm dəstək göstərib”, - M.Libbi bildirib.

Səfirin sözlərinə görə, bu il COP29-a Bakının ev sahibliyi etməsi Azərbaycan-ABŞ tərəfdaşlığının növbəti mərhələsidir:

“Biz ümumi məqsədi dəstəkləmək - COP29-u uğurlu keçirmək üçün Azərbaycanla tərəfdaşlıq etməkdən məmnunuq. Bu tədbir artıq üzərimizə götürdüyümüz öhdəliklərimizin yerinə yetirilməsini sürətləndirəcək və maliyyələşdirmə sahəsində gələcək ambisiyalarımızı artıracaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 28.06.24 22:38