Çimərliyə bu vaxtlar gedin - Həkim açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 DİN: Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-3  |     22:51 FHN qüvvələri su basmış ərazilərə cəlb olundu  |     22:27 Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı  |     22:17 Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub  |     22:10 Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub  |     22:02 Xərçəng və diabet riskini azaldan tərəvəz şirəsi  |     21:54 Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb  |     21:49 Avropa çempionatı: Azərbaycan millisi fərdi yarışı 4 medalla bitirib, medal sıralamasında ikinci olub  |     21:40 Xiyar hiyləgərlikləri: Çoxlu məhsulu necə əldə etmək olar?  |     21:34 Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar  |     21:26 “WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI  |     21:20 9 min manata satılan ən bahalı hamburger  |     21:13 Niyə həkim resepti olmadan antibiotik qəbul etmək olmaz? – 3 ƏSAS SƏBƏB  |     21:09 Bu rayonlara 3 gün yağış yağacaq  |     21:01 Burak Özçivitin bu hərəkəti müzakirə yaratdı - Video  |     20:56 Bloomberg: Demokratik Partiyanın donorları Baydenin əvəzlənməsini istəyirlər  |     20:49 Beyin öz naviqasiya sistemini oriyentirlər olmadan tənzimləyə bilər - Alimlər  |     20:38 Genefondumuzu təhdid edən təhlükə  |     20:34 PSJ 16 yaşlı futbolçunu 250 milyon avroya transfer etmək istəyir  |     20:18 Kanada Silahlı Qüvvələrinin başçısı ilk dəfə bu qadın olacaq - KİV  |    

Çimərliyə bu vaxtlar gedin - Həkim açıqladı

Çimərliyə getmək üçün ən optimal vaxt səhər 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır.

Bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, 11:00-16:00 aralığında uşaqları Günəş altında saxlamaq ziyandır:
“Bu saatlarda günəş radiasiyasının ən ekstremal təhlükəli vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır.
Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir: “Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir”.

Nuranə Hüseynova bildirib ki, müsbət cəhətləri ilə yanaşı, günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var:

“Bunları yaradan onun tərkibində olan şüalardan asılıdır. Eyni zamanda, isti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə olunmalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 28.06.24 21:10