Mojo.az Banner
23:02 Bu 4 bürc üçün şanslı dövr başlayır  |     22:57 "Qarabağ" bu dəfə DÇ-2026-nın iştirakçısını transfer edir  |     22:50 Rusiya bombaladı, 13 yaşlı idmançı öldü  |     22:44 Quşların azmadan minlərlə kilometr uçmasının sirri  |     22:39 Süni intellekt 55 yaşdan yuxarı işçilərin işdən çıxarılma ehtimalını artırır  |     22:32 Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar  |     22:27 Reklam olunan bu məhsullarda təhlükəli maddə tapılıb  |     22:18 DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA  |     22:13 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib  |     22:07 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzdu  |     22:02 Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır - TƏFƏRRÜAT  |     21:54 Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı  |     21:49 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü  |     21:41 İran region ölkələrini təhdid etdi  |     21:36 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu  |     21:28 Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı  |     21:22 Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı  |     21:14 Sabah deputatlar tətilə çıxacaq  |     21:09 Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya  |     21:02 Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia  |    
Left Banner
Right Banner

Restoran sahibləri üçün 13 min manatlıq cərimələr gəlir

11.06.2024 14:53 2 070
Restoran sahibləri üçün 13 min manatlıq cərimələr gəlir
Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnə bilərlər.

"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilir.

Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə olunacaqlar.скачать dle 11.3
Mojo.az Banner