Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:26 Azərbaycanda əhalinin banklara nə qədər borcu var? - RƏQƏMLƏR  |     17:23 Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda rəsmi anım mərasimində iştirak edib  |     16:59 I və IV qruplar üzrə qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə  |     16:58 Azərbaycanın qeyri-neft mәhsullarının ixrac olunduğu әsas ölkәlәr - SİYAHI  |     16:47 Yeddi yaşlı uşağı öldürən məşqçi ilə bağlı hökm dəyişib?  |     16:39 Röya yeni duetini təqdim etdi - Video  |     16:37 Keçmiş deputat vergi borcuna görə məhkəməyə verildi  |     16:36 Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirildi - FƏRMAN  |     16:09 PA-da yüksək vəzifəyə TƏYİNAT  |     16:06 Hər səhər simit yeyənlərə pis xəbər  |     16:02 Bakıda birinci sinif şagirdi VƏFAT ETDİ  |     15:46 DİQQƏT! - Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sabah saat 00:00-dan...  |     15:44 Bu şəxsi görənlər polisə xəbər versin  |     15:43 Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib  |     15:30 Tanınmış türkoloq Ramiz Əskər vəfat edib  |     15:28 Məktəbdə 20 minlik mənimsəmə - Cinayət işi açıldı  |     15:21 Azərbaycanda dollar ucuzlaşacaq? - VACİB AÇIQLAMA  |     15:20 Rus qoşunları Kleşçeevkaya nəzarəti ələ keçirib  |     15:17 İpoteka ilə torpağı necə ala bilərik? - Şərtlər AÇIQLANDI  |     15:17 Nöqsanları aradan qaldırmayan klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı  |    

Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Qaxda 18, Culfada 17 mm, Ordubadda 15, Şahbuzda 14 mm, Naxçıvanda 13, Gədəbəy, Sədərəkdə 10 mm, Şəki, Göygöldə 9 mm, Qəbələdə 8 mm, Şahdağda 7 mm, Astara, Şəmkir, Balakən, Oğuz, Gəncə, Göyçay, Mingəçevir, Tərtər, Qrız, Zaqatala, Cocuq Mərcanlı, Tovuz, Ağdam, Qusar, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Naftalan, Şərur, Daşkəsən, İsmayıllı, Qobustan, Quba, Bərdə, Zərdab, İmişli, Lerik, Kəlvəz, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Qax, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 9-12, Aran rayonlarında 13-15, dağlıq rayonlarda 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            246 04.05.24 13:45