İpoteka ilə torpağı necə ala bilərik? - Şərtlər AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA  |     22:59 Azərbaycanda müğənni həbs edildi  |     22:43 Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs vəfat etdi  |     22:35 Bakı həbsxanasında MƏHKUM ÖLDÜ  |     22:31 Niyə modemi mətbəxə qoya bilməzsiniz: Bu qadağaya laqeyd yanaşmayın  |     22:24 Arılar xərçəngi aşkar edə bilir - MARAQLI FAKT  |     22:20 Hər gün südlü çay içsəniz, bədəndə nə baş verər? - Diyetoloqun cavabı  |     22:16 Alimlər yeməli paltar istehsal edən maşın yaratdılar (VİDEO)  |     22:07 Məşhur həkim hər gün bu tərəvəzdən yeyir: çünki xərçəng riskini azaldır  |     22:01 Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər  |     21:57 Dünyada ilk dəfə: Türkiyədə 1500 illik məşhur Roma zirehləri bərpa edildi  |     21:48 “Kirayə evlərin qiymətində artım var” – Ekspert  |     21:46 Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat... – Yeni sistem belə olacaq  |     21:42 4 dollara aldığı güldan Maya xəzinəsi çıxdı  |     21:35 Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib  |     21:29 Türkiyə İraq və Suriya ilə sərhəddə xüsusi təhlükəsizlik bölgəsi yaradır  |     21:23 Sumqayıtda üç nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     21:18 Türkiyə Ordusu İraqda şəhid verib, üç terrorçu öldürülüb  |     21:10 Van Nistelroy İngiltərə klubu ilə anlaşıb  |     21:06 Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib  |    

İpoteka ilə torpağı necə ala bilərik? - Şərtlər AÇIQLANDI

Son günlər Bakıda evlərin və torpaq sahələrinin qiyməti kəskin bahalaşıb. Buna görə də Bakıda daşınmaz əmlaka - ilk növbədə mənzilə və torpaq sahəsinə sahib olmaq istəyənlər çox vaxt bunu kredit yolu ilə əldə etməyə çalışırlar.

Bəs kredit şərtləri hər kəsin cibinə uyğundurmu?

Yenisabah.az bu mövzunu araşdırıb. Məlum olub ki, kreditlə ev və ya torpaq almaq istəyənlərin aylıq maaşı 850 manatdan az olmamalıdır. Alınan daşınmaz əmlakın mülkiyyətinə dair çıxarışın olması başlıca şərtdir. Digər vacib şərt isə kreditin məbləği ilə bağlıdır. Banklar ev və torpaq almaq istəyən vətəndaşlara 50 min manatdan az kredit ayırmır. Kredit faizləri isə sözün həqiqi mənasında dodaq uçuqladandır. Əgər vətəndaş ayrılan krediti cəmi 5 il ərzində ödəmək qabiliyyətinə malikdirsə, bu zaman illik faiz dərəcəsi 13 olur. Bu müddət 5 ili ötdükdə isə, kreditin məbləği 14,0-14,5 faizdən hesablanır. Nəticədə bankdan 100 min manat kredit götürən şəxs 20 il ərzində minimum 250 min manat borc ödəmək məcburiyyətində qalır.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bankların təqdim etdiyi daxili ipotekaların şərtləri sərtdir:

"Bankların torpaqlarla bağlı təklif etdiyi ipoteka krediti əslində "İpoteka haqqında" qanuna daxil deyil və özəl şəxsi vəsaitlər hesabınadır. Yəni bankların daxili ipotekasıdır. Bunu ölkədə bir neçə özəl kommersiya bankı həyata keçirir. Amma bu ipotekanın şərtləri olduqca sərtdir. Ona görə ki, istənilən halda torpağın ipotekası o deməkdir ki, kimsə onu alır və üzərində ev tikir. Bu ipotekadan istifadə edən vətəndaş gələcəkdə ödəyə bilmədiyi halda təbii ki, nisbi tərəf olaraq qalır".

Ekspert bankların ipoteka şərtləri ilə bağlı məlumat verib:

"Ümumiyyətlə, kommersiya banklarının şərtləri dövlət ipotekasından müəyyən dərəcədə sərtdir. Çünki onlar şəxsi vəsait hesabına bunu edirlər. Təbii ki, bu ipotekadan istifadə edən zaman ənənəvi olaraq vətəndaşlardan iş yeri tələb olunur. Bu cür torpaqların hamısının çıxarışı olur və kredit bitənə qədər girovda qalır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 22.05.24 15:17