Azərbaycanda müğənni həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:00 Qubada avtoxuliqanlıq edən sürücü həbs edilib  |     21:55 Ürək sağlamlığı üçün bu əlavələrə diqqət edin: Kardioloqlar hansını tövsiyə edir?  |     21:49 "Android" telefonunuzdakı nasazlıqdan sizə XƏBƏR GÖNDƏRƏCƏK  |     21:42 Ətsiz və dadlı kotlet necə bişirmək olar?  |     21:40 Qatil asteroid Yerə doğru uçur - Bəşəriyyət üçün təhlükəlidirmi?  |     21:33 “Xəstələrdən əlavə ödəniş tələbi cinayət tərkibi daşıyır”  |     21:27 Şəxsi təyyarəsi ilə keçmiş xanımının toyuna getdi  |     21:19 Kürdəmir və Lənkəranda qaz olmayacaq  |     21:14 "Sahil" metrostansiyasının qarşısındakı səkilər genişləndirilib  |     21:07 Merilin Monronun evi söküntüdən qorumaq üçün mədəniyyət abidəsi kimi tanındı  |     21:02 Naxçıvanın 5 min illik tarixinin daha bir nümunəsi aşkarlandı (VİDEO)  |     20:56 "Rusiya ordusu Ermənistanı tədricən tərk edir"  |     20:49 Şadlıq saraylarına toy sifarişləri artdı - Qiymətlər bahalaşdı  |     20:41 Şimali Koreya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunları göndərəcək  |     20:38 Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?  |     20:28 Azərbaycanda bu şirkət müflis oldu  |     20:20 Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib  |     20:14 İranda İsrailə casusluq etməkdə günahlandırılan şəxs edama məhkum olunub  |     20:07 Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb  |     19:59 MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52 olub  |    

Azərbaycanda müğənni həbs edildi

2022-ci ilin fevral-avqust ayları ərzində Salyan rayonunun Yenikənd və Şəkərli kəndləri ərazisində beş evdən oğurluq etmiş və iki evdə quldurluq əməli törətmiş 1992-ci il təvəllüdlü Vüsal Cəfərovla bağlı bəzi faktlar məlum olub.

Publika.az-ın məlumatına görə, hadisələri törədən V.Cəfərov rayonda müğənni kimi tanınıb və şənliklərdə iştirak edirmiş.

Bildirilib ki, o, qumar oyunlarına pul qoyduğuna görə borca düşüb və buna görə oğurluq, quldurluq kimi əməllərə əl atıb. V.Cəfərov gecə saatlarında gizli şəkildə evlərə girərək oğurluq edirmiş. İki dəfə isə Vüsal evdə yaşayan şəxslərlə qarşılaşdığından onlara qarşı quldurluq edərək qaçıb.

Baş vermiş müəmmalı hadisələrə görə xüsusilə Yenikənd kəndində uzun müddət həyəcanlı vəziyyət yaranıb və əhali təşviş keçirib.

Vüsal Cəfərov polis tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177 və 181-ci (Oğurluq və quldurluq əməlləri) maddələri ilə cinayət işi açılıb.

İyunun 7-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Vüsal Cəfərova hökm elan edilib. O, məhkəmədə günahsız olduğunu, baş vermiş hadisələrin boynuna qoyulduğunu iddia edib.

Məhkəmənin hökmü ilə gənc müğənni doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 21.06.24 22:59