Mojo.az Banner
19:49 Fitrə zəkatı nə qədər olmalıdır? - AÇIQLAMA  |     19:43 Mikromobillik vasitələrindən istifadə edənlərin sayı təxminən 3 dəfə artıb  |     19:35 Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı  |     19:30 Tramp ABŞ-də benzinin bahalaşmasına görə hərəkətə keçdi  |     19:22 Ankarada ZƏLZƏLƏ oldu  |     19:13 Magistraturaya qəbul üzrə ölkə birincisi məlum oldu  |     19:12 Paşinyan Vensə Qarabağın tarixinə dair kitab hədiyyə edən direktoru işdən qovdu  |     18:49 İcra başçısı köməkçisini vəzifəsindən azad etdi  |     18:38 Azərbaycanda gəmi təmiri şirkətinin rəhbəri vəfat etdi - FOTO  |     18:20 110 min manat verib məktəb direktoru olmaq istədi, aldadıldı - Silsilə dələduzluğun TƏFƏRRÜATI  |     18:15 Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Video  |     18:08 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     18:02 Yeni ali lider İranın Hörmüz boğazı ilə bağlı QƏRARINI ELAN ETDİ  |     17:48 İrandan gətirilən portağallarda TƏHLÜKƏLİ BOYA AŞKARLANDI  |     17:38 İranın yeni ali lideri ilk dəfə xalqa müraciət edəcək  |     17:10 DMX: 108 nəfərin Azərbaycandan çıxarılmasına dair qərar verilib  |     16:57 Gəncədə direktor müavininin güllələnməsinin ŞOK TƏFƏRRÜATI - Oğlu saxlanıldı (Foto / Yenilənib)  |     16:39 Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı - Ağır ittihamlar  |     16:38 Azərbaycanda kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib  |     16:26 Avropa ölkələrindən 41 azərbaycanlı çıxarıldı  |    
Left Banner
Right Banner

Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər

21.06.2024 22:01 1 029
Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər
Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı qurumun keçmiş rəhbəri Səfər Mehdiyev üçün arzuolunmaz prosesə çevrilib.

Nümunə olaraq "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadənin məhkəməsini göstərmək olar.

Qaynarinfo xatırladır ki, bu günlərdə Xosrov Vahabzadəyə hökm oxunub.

Onun məhkəməsində diqqətçəkən məqam prosesdə şahid qismində ifadə verən  general-mayor Ehtiram Xəlilovun dedikləridir.
 
Ehtiram Xəlilov "Azərterminalkompleks" Birliyinin direktoru vəzifəsində çalışır. O, hazırda ev dustaqlığındadır.

General məhkəmədə verdiyi ifadədə bildirib ki, göstərişləri Səfər Mehdiyevdən alıb. "Mənə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi (Həmin vaxt DGK-nın sədri general-polkovnik Səfər Mehdiyev olub-red.) göstəriş verdi. Mən də rəhbərliyin göstərişini təqsirləndirilən şəxsə çatdıraraq həmin kremlərin kimə satılmalı olduğunu bildirdim. Bundan sonra bütün məsələlərlə təqsirləndirilən şəxs özü məşğul olub", - deyə o bildirib.

Ehtiram Xəlilov bu ifadəsi ilə faktiki olaraq baş verənlərə görə Səfər Mehdiyevin də məsuliyyət daşıdığına eyham edib.

Bu tip ifadələr qarşıda Səfər Mehdiyevin mühakimə oluna biləcəyi barədə ehtimalları artırır. Yeri gəlmişkən, DGK-nın vəzifəli şəxslərinin həbs olunduğu ilk günlərdə Səfər Mehdiyevin də oxşar aqibətlə üzləşəcəyi barədə iddialar səsləndirilirdi. Məhkəmə prosesində onun əleyhinə ifadələr verilməsi bu iddiaların reallığa çevrilə biləcəyini düşünməyə əsas verir.скачать dle 11.3
Mojo.az Banner