Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:55 Ürək sağlamlığı üçün bu əlavələrə diqqət edin: Kardioloqlar hansını tövsiyə edir?  |     21:49 "Android" telefonunuzdakı nasazlıqdan sizə XƏBƏR GÖNDƏRƏCƏK  |     21:42 Ətsiz və dadlı kotlet necə bişirmək olar?  |     21:40 Qatil asteroid Yerə doğru uçur - Bəşəriyyət üçün təhlükəlidirmi?  |     21:33 “Xəstələrdən əlavə ödəniş tələbi cinayət tərkibi daşıyır”  |     21:27 Şəxsi təyyarəsi ilə keçmiş xanımının toyuna getdi  |     21:19 Kürdəmir və Lənkəranda qaz olmayacaq  |     21:14 "Sahil" metrostansiyasının qarşısındakı səkilər genişləndirilib  |     21:07 Merilin Monronun evi söküntüdən qorumaq üçün mədəniyyət abidəsi kimi tanındı  |     21:02 Naxçıvanın 5 min illik tarixinin daha bir nümunəsi aşkarlandı (VİDEO)  |     20:56 "Rusiya ordusu Ermənistanı tədricən tərk edir"  |     20:49 Şadlıq saraylarına toy sifarişləri artdı - Qiymətlər bahalaşdı  |     20:41 Şimali Koreya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunları göndərəcək  |     20:38 Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?  |     20:28 Azərbaycanda bu şirkət müflis oldu  |     20:20 Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib  |     20:14 İranda İsrailə casusluq etməkdə günahlandırılan şəxs edama məhkum olunub  |     20:07 Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb  |     19:59 MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52 olub  |     19:50 Şərurda yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb  |    

Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Ombudsmanın müraciətində işğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minaların mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam etdiyi vurğulanıb. Qeyd edilib ki, son iki gündə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində baş vermiş partlayışlar nəticəsində Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı vəfat edib, bir neçə mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına, eləcə də ekoloji problemlər və onların yaratdığı fəsadlarla mübarizə dövründə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir.

Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir".

Ombudsman bildirib ki, beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına, o cümlədən uşaq hüquqlarının kobud şəkildə pozulmasına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 21.06.24 21:06