Mojo.az Banner
21:29 Pezeşkian maaşının miqdarını açıqladı  |     21:24 "Sumqayıt"dan yeni transfer  |     21:16 Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr - SİYAHI  |     21:11 "Şəki" kafesində nöqsanlar aşkarlandı  |     21:02 ADY vətəndaşlara müraciət etdi - VİDEO  |     20:57 Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü  |     20:49 Kim Çen In 13 yaşlı qızını varisi təyin edib  |     20:44 İcra başçısının sabiq birinci müavini niyə döyülüb?  |     20:36 Hər gün 22 min insanı öldürən təhlükə - Həkim xəbərdarlıq edir  |     20:30 Aygün Kazımovanın vergiyə külli miqdarda borcu yığılıb  |     20:22 Bakı KOB evinin direktoru vəzifəsindən azad olundu  |     20:17 Aşıqlar Birliyi: Aşıq Tellinin mərhum qardaşı üzvümüz deyildi  |     20:09 İş adamına qarşı 300 min manatlıq armatur satmaq adı ilə dələduzluq edildi  |     20:03 "Salt Hotel"də oğurluq: Bir müştəri digərinin telefonunu və pulunu aparıb  |     19:55 Evlərin və torpaqların sənədləşdirilməsi üçün mühüm qərar: Nələr dəyişəcək? (Video)  |     19:49 Yasamal qəbiristanlığında ölülərin qızıl dişlərini oğurlayan şəxs cəzalandırılıdı  |     19:42 ÜST-dən xəbərdarlıq: 94 milyon insan bu səbəbdən görmə qabiliyyətini itirir  |     19:37 Sərxoş olub qonşunun qapısını döydü, həbs olundu  |     19:28 Dələduzluq edən şəxs axtarışa verildi  |     19:23 Övladını həbsdən çıxarmaq istədi, dələduzluğa məruz qaldı  |    
Left Banner
Right Banner

Qonşu ölkədə koronavirus təhlükəsi: Yeni varianta 200-ə yaxın yoluxma

22.05.2024 12:54 1 380
Qonşu ölkədə koronavirus təhlükəsi: Yeni varianta 200-ə yaxın yoluxma
Rusiyada koronavirusun yeni variantı olan FLiRT-ə 200-ə yaxın yoluxma qeydə alınıb.

Bu barədə "Rospotrebnadzor"un (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidməti məlumat verib.

"Bütün monitorinq dövründə FLiRT-ə 178 yoluxma (o cümlədən KP.2 - üç hal, KP.1.1 - beş hal, KS.1 - 170 hal) müəyyən edilib", - deyə məlumatda vurğulanıb.

Departament qeyd edib ki, aşkar edilmiş yeni koronavirus variantları digər növlərdən daha böyük təhlükə yaratmır.

Məlumatda deyilir ki, FLiRT variantları dominant JN.1 variantının uzaq qohumlarıdır, onların hamısı "Omikron" ailəsinə aiddir.

FLiRT variantının səbəb olduğu xəstəliyin simptomlarına qızdırma, öskürək, burun tutulması və ya axıntı, boğaz ağrısı, dad və ya qoxu itkisi daxildir.

Qeyd edək ki, alimlər bu ştamm səbəbindən COVID-19-a yoluxma hallarının artacağını proqnozlaşdırıblar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, FLiRT variantı artıq Avropanın 14 ölkəsində, eləcə də İsraildə tapılıb. FLiRT həm də ABŞ-də dominant ştamdır.

Mənbə: RIA Novostiскачать dle 11.3
Mojo.az Banner