I və IV qruplar üzrə qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:33 AVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi  |     22:24 Qax-Ağçay-İlisu yolu işıqlandırılacaq  |     22:12 Toyda kütləvi ZƏHƏRLƏNMƏ: Çox sayda dəvətli xəstəxanaya yerləşdirildi  |     21:53 "Formula-1" İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib  |     21:48 Rusiyanın Azərbaycandakı səfiri ordenlə təltif edildi  |     21:30 Binəqədidə yük maşınının vurduğu qadın öldü  |     21:22 Yeni virus dünyada sürətlə inkişaf edir - Səbəbi AÇIQLANDI  |     21:15 Yuxuda meyvə yığmaq nə deməkdir?  |     21:09 Sabah da güclü leysan yağacaq - HAVA PROQNOZU  |     21:04 Albalının orqanizm üçün FAYDALARI  |     20:58 “Windows”da ciddi problem aşkar edildi - Tövsiyələr  |     20:46 Dünyanın ilk elektrikli Ferrari modeli gəlir  |     20:40 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib  |     20:32 Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır  |     20:21 Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib  |     20:15 İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib  |     20:08 Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir  |     20:04 Türkiyə Ordusu PKK-nın doqquz terrorçusunu öldürüb  |    

I və IV qruplar üzrə qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 2-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)

Qeyd: İyunun 9-da keçiriləcək I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahana buraxılış vərəqələri növbəti həftə ərzində saytımıza yerləşdiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            315 22.05.24 16:59