Azərbaycanda dollar ucuzlaşacaq? - VACİB AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |    

Azərbaycanda dollar ucuzlaşacaq? - VACİB AÇIQLAMA

Ötən gün keçirilən hərracda 44,9 milyon dollar həcmində valyuta satılıb. Bu sifarişin azalması müəyyən sualların yaranmasına səbəb olub.

Əsas suallardan biri Azərbaycanda dolların mümkün ucuzlaşma ehtimalının olub-olmamasıdır.

Millət vəkili Vüqar Bayramov bu məsələyə aydınlıq gətirib. Deputat bildirib ki, dollara tələbin azalması, daha çox dollar satışındakı yüksək tələblə balı olub:

"May ayında dollara tələbin azalması müşahidə olunub. Xüsusilə yanvar-fevral ayındakı kəskin artımlardan sonra dollara tələbin azalması qeydə alınıb. Sözsüz ki, bu hərraclara təsir göstərib.

Bütün bunlara bxmayaraq Azərbaycanda dolların ucuzlaşması gözlənilmir. Tələbin azalmasına baxmayaraq, Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamağa çalışıb. Növbəti mərhələdə məzənnənin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Çünki Mərkəi Bank intervensiya etmək hüququna malikdir. Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Bu da kursun məzənnəsinin müəyyənləşməsində inzibati təsir imkanlarını qoruyub saxlayır".
//Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 22.05.24 15:21