Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:33 AVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi  |     22:24 Qax-Ağçay-İlisu yolu işıqlandırılacaq  |     22:12 Toyda kütləvi ZƏHƏRLƏNMƏ: Çox sayda dəvətli xəstəxanaya yerləşdirildi  |     21:53 "Formula-1" İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib  |     21:48 Rusiyanın Azərbaycandakı səfiri ordenlə təltif edildi  |     21:30 Binəqədidə yük maşınının vurduğu qadın öldü  |     21:22 Yeni virus dünyada sürətlə inkişaf edir - Səbəbi AÇIQLANDI  |     21:15 Yuxuda meyvə yığmaq nə deməkdir?  |     21:09 Sabah da güclü leysan yağacaq - HAVA PROQNOZU  |     21:04 Albalının orqanizm üçün FAYDALARI  |     20:58 “Windows”da ciddi problem aşkar edildi - Tövsiyələr  |     20:46 Dünyanın ilk elektrikli Ferrari modeli gəlir  |     20:40 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib  |     20:32 Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır  |     20:21 Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib  |     20:15 İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib  |     20:08 Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir  |     20:04 Türkiyə Ordusu PKK-nın doqquz terrorçusunu öldürüb  |    

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

"Report" xəbər verir ki, şəhidin nəşi rayonun Laman kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib, onun nəşi Laman kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Lerik Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1967-ci il iyunun 1-də anadan olub. O, 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 22.05.24 15:43