Azərbaycanın bank və digər kredit təşkilatlarına əhalinin borcu bu ilin əvvəlindən 813 milyon manat artıb.
Median.Az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, ötən ilin sonunda əhalinin kredit borcu təxminən 14 milyard manat dəyərində idi.
Bu ilin mayın 1-nə olan məlumata əsasən, kreditlər üzrə borc 14,82 milyard manata çatıb.
Yaranan kredit borcunun çox hissəsi banklaradır. Banklara olan borc müqayisə olunan dövrdə 13,515 milyard manatdan 14,296 milyard manata yüksəlib. Bank olmayan kredit təşkilatlarına isə olan borc 491,3 milyon manatdan 523,2 milyon manata çatıb.
Əhali kreditlərin çox hissəsini istehlak məqsədilə alır. Banklardan alınan kreditlərə dair açıqlanan məlumatdan aydın olur ki, əhalinin borcunun 11,17 milyard manatı istehlak, 3,12 milyard manatı biznes məqsədilə alınan kreditlərə görə yaranıb.
//sfera.az