Tanınmış türkoloq Ramiz Əskər vəfat edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:33 AVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi  |     22:24 Qax-Ağçay-İlisu yolu işıqlandırılacaq  |     22:12 Toyda kütləvi ZƏHƏRLƏNMƏ: Çox sayda dəvətli xəstəxanaya yerləşdirildi  |     21:53 "Formula-1" İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib  |     21:48 Rusiyanın Azərbaycandakı səfiri ordenlə təltif edildi  |     21:30 Binəqədidə yük maşınının vurduğu qadın öldü  |     21:22 Yeni virus dünyada sürətlə inkişaf edir - Səbəbi AÇIQLANDI  |     21:15 Yuxuda meyvə yığmaq nə deməkdir?  |     21:09 Sabah da güclü leysan yağacaq - HAVA PROQNOZU  |     21:04 Albalının orqanizm üçün FAYDALARI  |     20:58 “Windows”da ciddi problem aşkar edildi - Tövsiyələr  |     20:46 Dünyanın ilk elektrikli Ferrari modeli gəlir  |     20:40 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib  |     20:32 Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır  |     20:21 Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib  |     20:15 İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib  |     20:08 Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir  |     20:04 Türkiyə Ordusu PKK-nın doqquz terrorçusunu öldürüb  |    

Tanınmış türkoloq Ramiz Əskər vəfat edib

Tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, jurnalist Ramiz Əskər 70 yaşında vəfat edib.

Bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

O, Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülüb. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalisti olub.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr edib. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilib.

Ramiz Əskər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət”, ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 22.05.24 15:30