Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:26 Ərdoğan: "Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir"  |     16:25 Ərdoğan ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb  |     16:22 Tacikistan Prezidenti: "ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır"  |     16:19 Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb - FOTO / VİDEO  |     16:17 Məsud Pezeşkian: "ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir"  |     16:16 Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub  |     16:16 Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"  |     16:15 Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib  |     16:14 Ərdoğan: "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"  |     16:07 Xankəndidə Məsud Pezeşkianla Emoməli Rəhmon arasında görüş baş tutub  |     16:05 İran prezidenti: "ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər"  |     16:02 Şəxsiyyət vəsiqəsindəki məlumatların tərkibi YENİLƏNƏCƏK?  |     15:58 Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib  |     14:11 "Mahir ay brat" məhkəmə zalından azadlığa buraxıldı - FOTO  |     13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |     13:51 Güclü külək Bakıda iki ağacı aşırıb  |     13:50 Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib - Videoqraf şikayətçidir  |    

Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarılıb.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərarda deyilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 14.1.2-ci, 14.1.3-cü və 14.1.5-ci yarımbəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli, 1 aprel tarixli 184 nömrəli və 3 aprel tarixli 196 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Dövlət Məşğulluq Xidmətinin Aparatı;”, “Dövlət Sosial Təminat Xidmətinin Aparatı;” və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatı;” sözləri çıxarılsın.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            756 20.04.24 14:17