Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Narkotacirlərlə fotosu yayılan polis zabitləri cəzalandırıldı - FOTO

15.08.2019 20:43 1 845
Narkotacirlərlə fotosu yayılan polis zabitləri cəzalandırıldı - FOTO
Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan narkotacirlərin polis zabitləri ilə səmimi fotosu yayılmışdı.

Median.Az
criminal.az-a istinadən xəbər verir ki, DİN rəhbərliyi həmin zabitlərin əməlini polis adına yaraşmayan hərəkət kimi qiymətləndirib və sərt tədbir görüb. Şabran rayon Polis Şöbəsinin Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayevdən polis sıralarından xaric edilib.

Xatırladaq ki, iyulun 12-də bir neçə gün əvvəl Şabran rayonunda uğurlu əməliyyat keçirib. Əməliyyat nəticəsində rayon ərazisində narkotik becərməklə və satışı ilə məşğul olan mütəşəkkil dəstə ələ keçib. İdarə əməkdaşlarının Güləndi kəndində və "Stansiya Şabran" kimi tanınnan ərazidə keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafedə Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb, daha sonra Samir adlı şəxsi 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyərkən qandallayıb.

Həmin əməliyyatdan sonra Criminal.az saytının redaksiyasına tutulan şəxslərlə bağlılığı olan fotofakt daxil olmuşdu. Fotodan görünürdü ki, bir süfrə arxasında rayonun Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayev əyləşiblər. Şəkildən belə görünürdü ki, onların yaxşı münasibətləri var.

Yəqin ki, istintaq bu əlaqələrin narkotik tacirlərinin uzun müddət azadlıqda qalması ilə əlaqəli olub-olmamasını araşdırılıb və qərar verilib.
Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.скачать dle 11.3
Mojo.az Banner