Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Komitə sədri: Son tikinti layihələri normalara tam uyğundur

02.07.2019 12:29 1 484
Komitə sədri: Son tikinti layihələri normalara tam uyğundur
Son aylar ərzində Azərbaycanda 212 tikinti layihəsi təsdiq edilib.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda pilot layihələrdə normativ sənədlərlə bağlı tikintilərin dayandırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik çərçivəsində tikintiyə icazə icraatı həyata keçirilir:

“Son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların böyük hissəsi Bakı şəhəri ərazisinə düşür. 212 layihə ilə təqribən 1 milyon 800 min kvadrat metr tikintinin planlaşdırılması nəzərdə tutulur. Bir milyon kvadrat metrdən çox tikinti isə Bakının payına düşür”.

S.Nuriyev qeyd edib ki, əsas məqsəd şəhərsalma norma və normativlərinə uyğun layihələrin həyata keçirilməsidir:

“Artıq iş adamları tərəfindən son aylarda təqdim edilən layihələr həmin normalara tam uyğundur və layihələr getdikcə həm şəhərsalma, həm də memarlıq baxımından keyfiyyətcə daha da yüksəlir. Bu sahədə artıq pozitiv dinamika mövcuddur. Düşünürəm ki, bu layihələrin sayı artacaq”.скачать dle 11.3
Mojo.az Banner